Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Millət vəkilindən Mərkəzi Banka sərt ittiham

 

Vahid Əhmədov: “Bu, Mərkəzi Bankın birbaşa səhvidir, Mərkəzi Bank buna cavabdehdir”

Ziyad Səmədzadə: “Bu şəkildə ilin sonuna qədər davam edərsə, Azərbaycan dövlətinin büdcəsinin itkisi 6-7 milyard dollar olacaq

"Xeberinfo.com":  Məlumata görə, deputat Fazil Mustafa Xocalı ilə bağlı görülən işlərin effektinin olduğunu dedi. Deputat bildirdi ki, Xocalı ilə bağlı beynəlxaql aləmdə qərarların qəbuluna çalışmaq lazımdır. F.Mustafa da manatın devalvasiyasından danışdı: “Əhalinin aztəminatlı hissəi üçün hökumət tərəfindən addımlar atılmalıdır. Təqaüdçülər, həkimlər, müəllimlər, hərbçilərlə bağlı qərarlar verilməlidir ki, daha ciddi problemlər yaranmasın”.
Vahid Əhmədov dedi ki, milli valyutadan bəhs edərkən bəzi deputatları bilmədiyi mövzulardan danışmaqda qınadı və sərt çıxış etdi. Öncə dedi ki, manatın devalvasiyası lazım və labüd idi: “Amma milli valyutanın devalvasiyası yumşaq şəkildə həyata keçirilməli idi. Mən dəfələrlə Mərkəzi Bankla əlaqə saxlamışam, son iki gün əvvələ qədər deyiblər ki, manatın kursu ciddi şəkildə dəyişməyəcək. Çox təəssüf ki, Mərkəzi Bank öz sözünün üstündə dayanmadı. Bu, ciddi prosesdir, insanlar öz təsirini göstərəcək. Bölgələrdə artıq unun, şəkər tozunun qiymətində süni qiymət artımları müşahidə olunur. Hökumət bunun qarşısını almalıdır. Həmçinin əhalinin banklardan götürdüyü kreditlərlə bağlı höumət addmlar atmalıdır. Sahibkarlar dollarla böyük məbləğdə kreditlər götürüb, onların qaytarılmasında problemlər yarana bilər. Həmçinin vergilər, iqtisadi inkişaf nazirlikləri süni qiymət artımlarına qarşı mübarizə aparmalıdır”. V.Əhmədov qeyd etdi ki, devalvasiyaya 2014-cü ildən başlanılsaydı, biz bu günə düşməzdik: “Bu, Mərkəzi Bankın birbaşa səhvidir, Mərkəzi Bank buna cavabdehdir”.
ziyad_samedzadeİqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə söz alıb dedi ki, neftin qiymətin aşağı düşməsi gərgin situasiya yaradıb. Büdcədə neftin qiyməti 90 dollar götürülüb, ancaq bu gün neftin qiyməti 60 dollardır. Bu şəkildə ilin sonuna qədər davam edərsə, Azərbaycan dövlətinin büdcəsinin itkisi 6-7 milyard dollar olacaq. Manatın sabit qalması üçün dövlət hər ay 2,4 milyard itirirdi. Bu da Ermənistanın büdcəsi qədərdir”. Z.Səmədzadə də hökuməti ciddi tədbirlərə çağırdı: “Mən əminəm ki, Azərbaycan hökuməti və xalqı bu çətinlikdən də çıxacaq”.
O.Əsədov məsələnin neftlə əlaqələndirilməsini düzgün saymadı. Nefti olmayan İsveçrə və Danimarkanın da milli valyuta ilə bağlı çətinliklə üzləşdiyini dedi. “Mən İqtisadi İnkişaf Nazirliyi ilə də danışdım. Əminəm ki, ərzaqların qiymətinin artmasına imkan verilməyəcək”.

Müsavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam