Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dövlət Departamenti:ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməyib

            ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməyib.

Yenixeber.org: Bu barədə ABŞ Dövlət Departamentindən Minnesota ştatının Senatı tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “tanınması” barədə qətnamənin qəbul edilməsi barədə sorğumuza cavab olaraq deyiblər.

Qeyd olunub ki, ABŞ-ın siyasəti dəyişməyib və Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır:

“ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin Helsinki yekun aktının prinsiplərinə əsaslanan – güc tətbiq olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını müəyyən etməsi prinsipləri əsasında dinc yolla nizamlanmasına nail olmaq üçün tərəflərə kömək göstərməyə sadiqdir. ABŞ əvvəlki kimi Minsk qrupunun bu məqsədə nail olması səylərində tam şəkildə iştirak edir”.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam