Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BMT BA-nın Prezidenti -pandemiya şəraitində atəşkəsə əməl edilməsinə çağırıb

“Heç bir ölkə koronavirus pandemiyası təhlükəsinin öhdəsindən təkbaşına gələ bilməz”.

Yenixeber.org: Bunu BMT Baş Assambleyasının (BA) prezidenti Ticani Məhəmməd-Bande Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin “COVID-ə qarşı birlikdəyik” mövzusunda keçirilən videokonfrans zamanı deyib.

“Daha güclü və daha sabit sistem yaratmalıyıq. Ölkələrin borcları böyüyür. Hələ bu problemi həll etməmişik. Hələ problemin ortasındayıq”, - o bildirib.

O, mövcud şəraitdə davam edən silahlı qarşıdurmalara son qoyulmasına və atəşkəs rejiminə əməl edilməsinə çağırıb.

“BMT olaraq Qoşulmama Hərəkatı üzvlərinin pandemiya ilə mübarizə üçün çox vacib addımlar atdığını elan edirik. Birlikdə çalışmalı və insanların gözləntilərini qarşılamalıyıq. İnsanların minimum itki ilə qida ilə tam təmin edilməsini də təmin etməliyik”, - Ticani Məhəmməd-Bande söyləyib.

O həmçinin bu videokonfransın təşkilinə görə Azərbaycan Prezidentinə, eləcə də pandemiya ilə mübarizə aparanların hamısına təşəkkürünü bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam