Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BMT Baş Assambleyasının prezidenti: Terrora, müharibələrə qarşı əməkdaşlıq etməklə ...

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü Hərəkata üzv ölkələr arasında həmrəyliyin göstəricisidir.

Yenixeber.org: Bunu BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Zirvə Görüşündə çıxışı zaman deyib.

O, tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib və ölkəmizə təşkilata sədrliyi müddətində uğurlar arzu edib.

T.Bande vurğulayıb ki, İkinci Dünya Müharibəsindən sonra yaradılan BMT daim sülh və ədalətin mövcud olmasına çalışıb. O qeyd edib ki, BMT-nin Nizamnaməsi sülh üçün ən böyük zəmanətdir: “Biz terrorçuluğa, dağıdıcı müharibələrə qarşı əməkdaşlıq etməklə öz məqsədlərimizə çatmalı və Qoşulmama Hərəkatının prinsiplərini hər zaman uca tutmalıyıq”.

Onun sözlərinə görə, elə həll variantları tapılmalıdır ki, çoxsaylı problemlər həll olunsun və bu, bütün dünya ölkələrini əhatə etsin: “Biz sülhün bərqərar olmasına, sosial ədalətə nail olmalıyıq. İşsizliyə və digər sosial çətinliyə qarşı mübarizə aparmalı, ailələrin, xüsusilə də gənc qızların hüquqlarını qorumalıyıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam