Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Xocalıya ədalət“ kampaniyası çərçivəsində petisiyaya start verilib

 

“Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində bu faciəni törətmiş cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsi üzrə petisiyaya start verilib

 

"Xeberinfo.com":  İslam Konfransı Gənclər Forumundan (İKGF) APA-ya verilən xəbərə görə, petisiyada Xocalıda baş verən kütləvi qırğının 53 ölkəni təmsil edən Parlament İttifaqı, 7 ölkə parlamenti və ABŞ-ın 16 ştatının qanunverici orqanı tərəfindən “insanlığa qarşı cinayət” və “soyqırım aktı” kimi tanınması qeyd olunur. Xüsusilə bu sənəddə son zamanlar 100 il öncə baş verən hadisələrə istinad edən erməni lobbisi və onların maliyyələşdirdiyi təbliğatçıların Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətindən gizlətməsi cəhdləri göstərilir.
 
Dünya liderlərinə, KİV-lərə, bütün vicdanlı insanlara ünvanlanan bu petisiyada Xocalı faciəsini törətmiş adamların cinayət məsuliyyətinə cəlb edilməsi və faciəni “insanlığa qarşı cinayət” və “soyqırım aktı” kimi qiymətləndirilməsi çağırışı edilir. Petisiyanı imzalamaq istəyənlər bu linkə daxil ola bilərlər: http://goo.gl/xbenPO
 
Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb və hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam