Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Biləsuvarda Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbiri keçirilib - FOTOLAR

 

bitmap-img6

 

Bu gün Biləsuvar rayon Mədəniyyət Evində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib

 

Xeberinfo.com:  Tədbirdə  rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev, hüquq müahfizə orqanları, idarə, müəssisə, təşkilatlar, icra  nümayəndələri, bələdiyyələr, təhsil müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri  iştirak etdi.
Əvvəlcə  Mədəniyyət evinin foyesində Xocalı soyqırımından bəhs edən sərgiyə baxış keçirildi.
Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra   çıxış edən Biləsuvar rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı həyata keçirilən  soyqırım haqqında geniş məlumat verdi.
M.Quliyev  bildirdi ki, erməni  millətçiləri tərəfindən  xalqımıza qarşı  aparılan  soyqırım  və  təcavüz  siyasətinin    iki  yüz  ildən  artıq  tarixi  vardır. Bu  siyasətin  məqsədi  azərbaycanlıları  qədim  torpaqlarından  sıxışıdırb  çıxarmaq,  bu ərazilərdə  erməni  tarixçilərinin  və  ideoloqlarının  uydurduğu  “Böyük  Ermənistan”  dövləti  yaratmaq idi. Öz  mənfur  siyasətlərini gerçəkləşdirmək  üçün  onlar  müxtəlif  üsul  və  vasitələrdən,  tarixin  saxtalaşdırılmasından,  siyasi  təxribatlardan  istifadə  etmiş,  dövlət  səviyyəsində millətçiliyi,  separatizmi  və  qonşu  xalqlara qarşı  təcavüzü  dəstəkləmişlər.
XX əsrin bu qanlı faciəsi Azərbaycanın acılı-ağrılı tarixinə, amansızlığına görə tayı-bərabəri olmayan bir faciə-Xocalı faciəsi yazılmışdır. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Soyqırım zamanı  63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər şəhər sakini əsir götürüldü, 150 sakin isə itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vuruldu.
Faciəyə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verildi və Xocalıda belə bir soyqırımın törədilməsi ilə bağlı dünya ölkələrində təbliğati işlərə başlanıldı. Soyqırımın tanıdılması ilə bağlı bu gün də Prezidentimiz cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılır  və Ermənistanın Qarabağda hansı vəhşiliklər törətdiyi barədə geniş işlər aparılır. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Fondun  vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşının iç üzü artıq ifşa olunur. Artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.
Mahir Quliyev bildirdi ki, Xocalı faciəsinin 24-cü ildönümünün keçirilməsi məqsədilə rayon İcra Hakimiyyətində tədbirlər planı hazırlanmış və plana əsasən bütün dövlət və qeyri-dövlət müəssisələrində, təhsil, səhiyyə, mədəniyyət obyektlərində tədbirlər keçirilmiş, Heydər Əliyev Mərkəzində “Xoca” filmi nümayiş olunmuşdur.
Tədbirdə çıxış edənlər Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən danışdılar,  soyqırımın günahkarları, təşkilatçıları və icraçılarının layiqli cəzalarını almalarını qeyd etdilər.
Rayon Mədəniyyət evində  mədəniyyət işçilərinin hazırladıqları Xocalı soyqırımına həsr olunmuş “Nişangah” tamaşası nümayiş olundu, Heydər Əliyev Parkında Milli Qəhraman Mübariz İbrahimov adına  liseyin şagirdləri tərəfindən hazırlanmış “Azərbaycan harayı-24 il” başlıqlı flaşmob keçirildi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam