Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə Naxçıvanla sərhədini bağladı-Kimin göstərişi ilə?

Koronavirusun dünyada  və xüsusən də İranda yayılması ətrafında informasiya isteriyası dərinləşməkdə davam edir.

Yenixeber.org: Xatırladaq ki, artıq Türkiyə və bir sıra digər qonşu ölkələr İranla sərhədlərini bağlayıblar.

Lakin məlum olub ki, koronovirusun yayılması təhlükəsini bəhanə edərək Türkiyə Naxçıvanla da sərhədini bağlayıb. Üstəlik elə bir vaxtda ki, Azərbaycanda, o cümlədən Naxçıvanda koronavirusa yoluxma halı qeydə alınmayıb. Səhiyyə Nazirliyi də bu barədə bəyan edib və Ümumdünya Səhiyyə Təşkilatı da informasiyanı təsdiqləyib.

Bundan əlavə Türkiyə özü Azərbaycan vətəndaşlarını Çindən evakuasiya edib, onların əksəriyyəti tələbələrdir. Evakuasiya olunan Azərbaycan vətəndaşları Türkiyədə karantində saxlanıldılar və onlarda heç bir təhlükəli virus aşkarlanmadı.

Buna baxmayaraq Türkiyə Naxçıvanla sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsini bağlayıb, bu məhdudiyyət dünən fevralın 23-də saat 17.00-dən qüvvəyə minib.

“Biz bu tədbirlərlə bağlı zəruri informasiyanı Azərbaycan rəsmi dairələrinə təqdim edəcəyik. Türkiyə və Azərbaycan rəsmiləri yaranmış vəziyyətlə bağlı əlaqə saxlayır və bir-birləri ilə müzakirə olunur”,-Türkiyənin Bakıdakı səfiri  Erkan Özoral jurnalistlərə bildirib.

Şahidlər isə bildirir ki, Naxçıvanla Türkiyənin sərhədində böyük sayda yük maşınları və insanlar yığışıb. Muxtar respublikanın blokada şəraitində olduğu nəzərə alınarsa qardaş ölkənin sərhədi bağlaması acınacaqlı nəticələr verə bilər. Faktiki olaraq Naxçıvanın ancaq koronovirusun tüğyan etdiyi İranla quru sərhədi açıq qalır.

İnformasiyalı mənbələr bildiriblər ki, Türkiyə Dilucu sərhəd-keçid məntəqəsini heç bir xəbərdarlıq etmədən və müzakirə aparmadan bağlayıb. Bu fakt başa düşülmür, xüsusən də iki ölkə arasında dost-qardaş münasibətlərini nəzərə alanda. Xatırladaq ki, sabah fevralın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri planlaşdırılıb.

Əgər Ərdoğanın təhlükəsizlik xidmətinin Azərbaycana səfərlə bağlı hansısa narahatlıqları yoxdursa o zaman Türkiyə hansı əsasla Naxçıvanla sərhədini bağlayıb? Azərbaycanda heç kəs Türkiyə tərəfinin iki ölkə münasibətlərinin ruhuna zidd olan bu əsaslandırılmamış qərarını anlamır. Bunu gözləmək qalır ki, tezliklə anlaşılmazlıq aradan qaldırılacaq və Türkiyə onsuz da blokada vəziyyətində olan Naxçıvan ilə sərhədini açacaq.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam