Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

QARS-NAXÇIVAN DƏMİRYOL XƏTTİNİN İNŞASI ERMƏNİSTANI QORXUYA SALIB:“Türkiyə Naxçıvanda əməliyyat meydanı yaradır”

Verelq.am (Ermənistan), 10.11.2018 

 

Türkiyənin Qars şəhərini Naxçıvanla birləşdirəcək Qars-İqdır-Aralıq-Dilucu dəmiryolunun inşaat işləri bu günlərdə start götürüb. Bunu Türkiyənin Azərbaycandakı səfiri bildirib.

Yenixeber.org: Yada salaq ki, əvvəllər bildirildiyi kimi, Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır.

Naxçıvan Ankaranın xarici siyasətində Ermənistan və İran Azərbaycanına qarşı alət və pantürkçü strategiya çərçivəsində Azərbaycan Respublikası ilə birləşdirilməsi üçün Sünikə (Ermənistanın Naxçıvana bitişik zonası-red.qarşı əməliyyat meydanı kimi nəzərdən keçirilib.

Türkiyə Naxçıvanı “udmağa”, o cümlədən İranın muxtariyyətə təsirini qabaqlamağa can atır.

Türkiyə orada iqtisadi, kommunikasiya və  başqa proqramlar gerçəkləşdirərək Naxçıvanı bölgəsəl subyektə, orada cəmlənmiş yetərincə güclü hərbi potensial vasitəsilə bu ərazinin Ermənistanla sərhədini daim gərginlikdə saxlaya biləcəyi amilə çevirməyə və bununla da onu (yəni Ermənistanı-red.) orada Artsaxda da (Dağlıq Qarabağda-red.) istənilən an gərək ola biləcək böyük hərbi resurs toplamağa vadar etməyə səy göstərir.

Türkiyə habelə Naxçıvan vasitəsilə Şimali İranda (Güney Azərbaycan nəzərdə tutulur-red.) durumu dövri olaraq qarışdırmağa can atır. Ankara və Tehran iqtisadi tərəfdaş, amma əski rəqiblərdir.

Bundan savayı, dəmiryolunun Türkiyə-Naxçıvan-İran-Fars körfəzi istiqaməti üçün iqtisadi və kommunikasiya önəmi olacaq, muxtariyyəti tranzit dəhlizinə və logistik mərkəzə döndərəcək.

Bu layihənin habelə hərbi əhəmiyyəti də ola bilər.

Türkiyə və Azərbaycan əvvəllər Qarsda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da birləşdiyi birgə hərbi təlimlər keçirib. Böyük sayda Türkiyə qoşunu dəmiryolu sayəsində Naxçıvana göndərilə bilər, bununla da gərəkəndə operativ şəkildə Azərbaycanın köməyinə çata bilər.

Bundan başqa, Azərbaycan yeni dəmiryoluyla Türkiyədən Naxçıvan üçün silah və döyüş sursatı ala bilər.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam