Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Minsk qrupunun tərkibinə yenidən baxılmalıdır”

 

“ATƏT-in Minsk qrupunun tərkibi 20 ildir ki, dəyişmir. Bu cür tərkibi olan qrup heç bir məsələnin həllinə nail ola bilməz”.

 "Xeberinfo.com":  Məlumata görə, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan tərəfi rəsmi şəkildə ATƏT-in Minsk qrupunun tərkibinə yenidən baxılması və genişləndirilməsi məsələsini qaldırmalıdır. A.Quliyev deyib ki, artıq bu cür addımlar atmağın zamanı çatıb: “Almaniyanın Minsk qrupuna gətirilməsi, Türkiyənin də bu formata daxil edilməsi vacibdir. Çünki Türkiyənin bu istiqamətdə müəyyən təsir imkanları var. Hazırkı qrupda hər 3 həmsədr – ABŞ, Fransa və Rusiya birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Fransa Ermənistana kiçik qardaş deyir, ABŞ maliyyə yardımı göstərir. Ədaləti bərpa etmək üçün bu qrupun tərkibinə yenidən baxılmalıdır”.

 

A.Quliyev ATƏT PA-nın növbəti sessiyasında bu məsələni rəsmi şəkildə qaldırmaq niyyətində olduğunu söyləyib. Deputat həmçinin Serj Sərkisyanın beynəlxalq məhkəməyə verilməsi ilə bağlı petisiya hazırlandığını qeyd edərək bütün ictimaiyyəti bu petisiyanı dəstəkləməyə çağırıb: “100 min imza lazımdır və ümid edirəm ki, bu imzaları qısa zamanda təqdim edəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam