Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə və Misir arasında gərginlik

Türkiyə və Misir arasında gərginlik

Misir polisi Türkiyənin Anadolu Agentliyinin Qahirədəki şöbəsində əməliyyat keçirib. 

Yenixeber.org: Yanvarın 15-də keçirilən əməliyyat zamanı agentliyin biri Türkiyə vətəndaşı olmaqla 5 əməkdaşı saxlanılıb, ofisdə bir neçə saat axtarış aparılıb.

Türkiyə və Misir arasında münasibətlər 2013-cü ildə Misirdə baş verən hərbi çevrilişdən sonra pozulub. Türkiyə Misir prezidenti Məhəmməd Mursinin devrilməsi və buna etiraz olaraq təşkil olunan aksiyaalrın zorakılıqla dağıdılmasına sərt təpki verib. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşib, diplomatik əlaqələr minimuma endirilib.

Ötən müddətdə nisbətən mülayimləşmə olsa da, soyuq münasibətlər davam edib. Hazırda Aralıq dənizindəki enerji ehtiyatlarının istismarı, qaz kəmərinin çəkilməsi mövzusununda, həmçinin Liviyadakı vəziyyətə görə Ankara və Qahirə arasında münasibətlər gərginləşib. Türkiyə Liviyada Milli Uzlaşma hökumətini, Misir isə general Xəlifə Həftəri dəstəkləyir. Son hadisələr göstərir ki, iki ölkə arasında münasibətlər getdikcə daha da pisləşir. Və daha əvvəl olduğu kimi, bunun əziyyətini media nümayəndələri çəkir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam