Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Sarkisyan hakimiyyətini itirə bilər


 

“Rusiya ilə qeyri-müəyyən münasibətlər fonunda güc nümayiş etdirmək Sərkisyana hakimiyyətini itirmək bahasına başa gələ bilər”.



"Xeberinfo.com":  Məlumata görə, bu barədə “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq  Ərəstun Oruclu deyib.



Ermənistana məxsus pilotsuz təyyarənin Azərbaycan tərəfindən vurulması haqda danışan politoloq bunu kifayət qədər ciddi məsələ adlandırıb: “Ordumuz tərəfindən vurulan təyyarənin Ermənistana məxsus olduğunu əminliklə demək olar. Ermənistan rəsmilərinin bunu komik bir şəkildə təqdim edərək, Azərbaycanın guya səhvən öz təyyarəsini vurduğunu bəyan etməsi də anlaşılandır. Yadınızdadırsa, cəmi bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın ünvanına hədə-qorxu dolu bəyanat səsləndirmişdi. Azərbaycan tərəfinin təyyarəni vurması isə bir növ “indi buyurun bacarığınızı göstərin” deyə cavabdır. Belə olan halda Ermənistanın iki yolu qalır. Ya faktı etiraf edib cavab tədbirləri görmək, ya da təyyarənin ona məxsus olduğunu boynundan atmaq”.



Politoloq hesab edir ki, İrəvan ikinci yolu seçib.



“Ermənistan rəhbərliyi ikinci variantın ona daha ucuz başa gəldiyini anladığından buna üstünlük verib. Məncə, bu addımı atmaqda haqlıdırlar. Çünki bugünkü sosial tələblərlə keçirilən etirazlar və Rusiya ilə qeyri-müəyyən münasibətlər fonunda güc nümayiş etdirmək Sarkisyana hakimiyyətini itirmək bahasına başa gələ bilər. Xüsusilə Moskvanın açıq şəkildə dəstəklədiyi birləşmiş və güclü Ermənistan müxalifətinin mövcud olduğu şəraitdə”, - deyə o qeyd edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam