Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sarkisyan Azərbaycanın güclü olduğunu etiraf etdi

 

Sarkisyan Azərbaycanın güclü olduğunu etiraf etdi

Yenixeber.org: Ermənistan prezidenti Serj Sarkisyan ötən həftə “Armeniya” telekanalına müsahibəsində Azərbaycan Ordusunun daha güclü olduğunu etiraf edib. Sarkisyan Ermənistanın hərbləşdirilmiş dövlətə çevrilməsi barədə bəyanatdan narahat olmadığını deyib.

Erməni prezident deyib: “Bir tərəfdən bizi Azərbaycandan zəif olmaqda ittiham edirlər, digər tərəfdən hərbləşməkdən danışırlar. Biz təhlükəsizlik məsələlərimizi həll etmək imkanı verəcək addımı atmağa məcburuq. Aprel (Aprel döyüşünü nəzərdə tutur-red) göstərdi ki, biz bunu etməmişik”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov AzVision.az-a bildirib ki,Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın Ermənistandan güclü olduğunu açıq-aşkar etiraf edir. Ramaldanovun sözlərinə görə, Sarkisyan bunu etiraf etmək məcburiyyətindədir. 

Hərbi ekspertin sözlərinə görə, Ermənistanda cəmiyyət qarşısında verilən heç bir vəd yerinə yetirilməyib və indi bu ölkənin prezidenti hər şeyi etiraf etmək məcburdur. 

“Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan bütün tapşırıqları icra etdi. Ermənistan tərəfi isə müdafiə olunan mövqelərini itirməyə məcbur oldu. Ordumuz həmin mövqeləri işğaldan azad edərək verilmiş tapşırığı yerinə yetirdi. Onlar ordumuzun qarşısında tab gətirsəydilər, həmin mövqelərdən geri çəkilməzdilər. İlk vaxtlarda ermənilər məğlubiyyəti etiraf etmirdilər. Cəmiyyətə vədlər verirdilər ki, biz həmin əraziləri geri alacayıq. Bundan sonra müəyyən təxribatlara cəhd etdilər. Həmin təxrbatların hər birinin qarşısı alındı. Bundan sonra Ermənistanın Müdafiə Nazirliyində rəhbər şəxsləri dəyişdirildi. Dəyişikliklərdən sonra da müəyyən təxribat cəhdləri oldu və düşmən layiqincə cavabını aldı”. 



Ş.Ramaldanov əlavə edib ki, aprel döyüşlərindəki itkilər Ermənistan cəmiyyətində ruh düşkünlüyü yaradıb: "Bunun nəticəsidir ki, ölkədə etirazların sayı daha da artıb. Həmçinin keçmiş müdafiə naziri müxalifətə keçib və dövlət rəhbərliyinə bildirib ki, Azərbaycanla Qarabağ məsələsini həll etmək lazımdır. Özləri də etiraf edirlər ki, işğalçı ordu Azərbaycan ordusunun və silahının qarşısında tab gətirə bilməz, bu məsələdə Ermənistan çox zəifdir”. 

Ehtiyatda olan polkovnik vurğulayıb ki, Sarkisyanın etirafı həmçinin Ermənistanınhavadarlarına və xaricdə olan diaspor təşkilatlarına ünvanlmış mesajdır: “Sarkisyan bu mesajla Ermənistan odrusunun necə aciz vəziyyətdə olduğunu göstərdi. O, bunu etməklə öz havadarlarından yardım dilənmək istəyir”.

Anar Kəlbiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam