Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Saakaşvilini beynəlxalq axtarışa verildi

 

     Rusiya İstintaq Komitəsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin və Gürcüstanın 2008-ci il Cənubi Osetiya hadisələrinə görə məsuliyyət daşıyan bir neçə sabiq yüksək vəzifəli şəxsinin beynəlxalq axtarışa verilməsi ehtimalını istisna etmir.
   Xeberinfo.com  İTAR-TASS agentliyinə istinadən xəbər verir ki,bunu açıqlamasında Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib.
  “İstintaq məlumatlarına görə, Gürcüstanın keçmiş yüksək vəzifəli şəxsləri, o cümlədən prezident Saakaşvili, müdafiə naziri Kezeraşvili, daxili işlər naziri Merabişvili və digərləri qarşılarına Cənubi Osetiyada yaşayan bütün osetinləri tamamilə məhv etmək məqsədi qoymuşdular” - deyə V.Markin bildirib.
    O xatırladıb ki, adıçəkilən şəxslər əvvəllər beynəlxalq immunitetə malik olublar deyə cinayət təqibindən yaxa qurtara biliblər: “Məhz bu adamların əmri ilə gürcü hərbçiləri mülki obyektləri və Rusiya sülhməramlılarını 2008-ci il, avqustun 7-də atəşə tutublar. Bu zaman hətta tanklardan və artilleriyadan da istifadə olunub. O zaman UNA-UNSO-nun (Ukrayna Millətçiləri Təşkilatı-red.) nümayəndələri də Gürcüstanın tərəfində çıxış edirdi”.
    V.Markinin sözlərinə görə, Gürcüstanda hakimiyyətin dəyişməsindən sonra Cənubi Osetiya hadisələrində əli olan şəxslər öz postlarını itirdilər ki, bu da Rusiya İstintaq Komitəsinə həmin şəxslərin məsələsini gündəmə gətirmək imkanı verib: “İndi komitə həmin şəxslərin beynəlxalq axtarışa verilərək cinayət məsuliyyətinə cəlb olunması barədə qərar verilməsi məsələsini nəzərdən keçirir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam