Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Millət vəkilindən AŞPA-ya çağırış

 

Qənirə Paşayeva AŞPA-nı Xocalı soyqırımını pisləməyə və günahkarların cəzalandırılması üçün səy göstərməyə çağırıb

 

"Xeberinfo.com":  Məlumata görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında “Parisdəki terror hücumları: demokratik cavab naminə bir yerdə” adlı hesabat ətrafında müzakirələr aparılıb. APA-nın Avropa müxbirinin xəbərinə görə, müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bir ay sonra 23-cü ildönümü tamam olacaq Xocalı soyqırımından danışıb və assambleyanı bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi üçün addımlar atmağa, səyləri artırmağa çağırıb:

 

“Hansı üzv dövlətin ərazisində baş verməsindən asılı olmayaraq terrora, soyqırıma və qətliama qarşı eyni mövqe sərgilənməlidir. Amma təəssüf ki, biz bunu görmürük. Düz bir ay sonra Ermənistanın Xocalıda törətdiyi soyqırımın 23 ili tamam olur. Yüzlərlə dinc insan, uşaqlar, qadınlar amansızlıqla qətlə yetirildilər, yüzlərlə insan ağır yaralandı, onlarla insan girov götürülərək işgəncələrə məruz qoyuldu, amma təəssüf ki, biz avropalı siyasətçi həmkarlarımızın, liderlərin bir çoxundan hətta bu gün də bunu pisləyən açıqlamalar eşitməmişik. Bu cinayəti törədənlər hələ də qurumumuzun üzvü olan Ermənistanda rahatlıqla gəzirlər və ədalət qarşısında cavab verməyiblər. Ailəsi soyqırıma məruz qalmış insanlar sizi bu soyqırımı pisləməyə və bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verib, layiq olduqları cəzanı almaları istiqamətində səylərinizi artırmağa çağırır. Biz harada baş verməsindən asılı olmayaraq günahsız insanları qətlə yetirənlərin ədalət qarşısında cavab vermələri üçün bərabər çalışmalıyıq. Avropa məkanında da, dünyada da gərginliyin azalmasını istəyiriksə, bu cür məsələlərdə ikili standartlara yol verilməməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam