Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Donald Trampın impiçmenti üzrə səsvermə keçiriləcək

ABŞ Konqresinin Nümayəndələr palatası prezident Trump-ın impiçmenti üçün səsvermə ilə başa çatacaq tarixi iclasını keçirir.

Yenixeber.org: Prezidentə qarşı iki ittiham təqdim olunub: o, Demokratlar Partiyasından siyasi rəqibi Joe Biden-in istintaqını aparmaq üçün Ukraynaya təzyiq cəhdində və impiçment təhqiqatında Konqresə maneçilik törətməkdə təqsirləndirilir.

Müzakirələrdən sonra prezidentə qarşı irəli sürülən iki ittihamın hər biri üzrə ayrıca səs vermə keçirilməlidir.

Donald Trump ittihamları rədd edir.

ABŞ Konstitusiyasına əsasən, Nümayəndələr palatası prezidentin impiçmenti üçün səs vermək hüququna malikdir, bundan sonra Senat iddiaları nəzərdən keçirir və prezidentin hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı səs verir.

Nümayəndələr palatasındakı Demokratlar impiçmenti dəstəkləmək üçün, tələb olunan sadə çoxluğa malikdir.

Trump

Bundan sonra, məsələ Yuxarı palataya - Senata təqdim olunmalıdır. Burada prezidentin impiçmenti üçün səslərin üçdə ikisi tələb olunur.

Senatda Nümayəndələr palatasının üzvləri ittihamçı, senatorlar isə hakim rolunda çıxış edirlər.

Prezidenti dəstəkləyən Respublikaçıların Senatda çoxluğu var və Trump-ın hakimiyyətdən kənarlaşdırılması barədə qərarın təsdiqlənməsi qeyri-real görünür.

Bu günə qədər heç bir respublikaçı Trump-ın impiçmentini dəstəkləməyib.

İndiyədək ABŞ tarixində yalnız iki prezident - Andrew Johnson və Bill Clinton impiçment olunub. Lakin onların heç biri vəzifədən uzaqlaşdırılmayıb.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam