Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Britaniyada ümumi seçkilər keçirilir

Cümə axşamı günü Böyük Britaniyada ümumi seçkilər keçirilir.

Yenixeber.org: Britaniyalılar təxminən son 5 ildə üçüncü dəfədir ki, seçkilərdə iştirak edir.

Seçki məntəqələri yerli vaxtla səhər saat 7-də açılıb və axşam saat 10-da bağlanacaq.

Axşam saat 10-da, seçki məntəqələrinin bağlanmasından dərhal sonra nəticələrin hesablanmasına başlanılacaq.

İlk nəticələr cümə günü səhəri açıqlanacaq.

Kütləvi informasiya vasitələri seçki məntəqələrinin açıq olduğu müddətdə seçki kampaniyasının detalları və ya seçkilərlə bağlı məsələləri yayımlaya bilməzlər.

Seçkidə majoritar sistemlə 650 deputat seçiləcək. Hər bir dairədə ən çox səs toplayan namizəd qalib hesab olunacaq.

Britaniyada seçkilər adətən dörd və ya beş ildən bir keçirilir. Lakin oktyabr ayında deputatlar növbədənkənar seçkilər keçirməyə səs veriblər.

Britaniyada seçkilərin qış mövsümündə keçirilməsi bundan əvvəl 1974-cü ildə baş verib. Dekabr ayında seçkilərin keçirilməsi isə təxminən 100 il əvvəl (1923) baş verib.

18 yaşından yuxarı Britaniya vətəndaşları, Birlik ölkələri və Şimali İrlandiyada yaşayan vətəndaşlar səsvermə hüququna malikdir. Onlar bunun üçün qeydiyyatdan keçməlidirlər.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam