Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Aslan Aslanovun oğlunun qətl işi ilə bağlı vəkildən açıqlama

 

“Bıçaq üzərində ancaq Lamiyənin barmaq izləri var. Həm də ifadə verib ki, qətli o özü törədib, çünki mərhum onu zorlamışdır”

“Mən Vüqarın vəkiliyəm, son illərdə onun hüquqlarını müdafiə edirəm, bununla əlaqədar həmin işdən yaxşı xəbərdaram. Təsəvvür edin ki, Vüqarın şikayətinə uzun illər Ali Məhkəmədə baxılmasına imkan verilmirdi.”
"Xeberinfo.com":  Məlumata görə, bunları Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun qətlinə görə ömürlük həbs cəzasına məhkum olunmuş Vüqar Əliyevin vəkili Əsabəli Mustafayev Feysbukda yazıb.

aslan aslanov foto kosXatırladaq ki, 2003-cü ildə baş verən cinayət hadisəsi 2 həftəyə yaxındır ki, yenidən KİV-lərin gündəminə düşüb. Bunun səbəbi cinayətin digər iştirakçısı, Vüqar Əliyevin keçmiş nişanlısı Lamiyə Quliyevanın həbsxanada ana olması haqda məlumatın ictimailəşməsidir. Həbsxanada uşağın dünyaya gəlməsi barədə əsas fikir onu Aslan Aslanovun qisasçılıq məqsədi ilə zorlatdırması ehtimalıdır. Eyni zamanda məlum olub ki, 2003-cü ildə həbs olunan və 10 il azadlıqdan məhrum edilən Lamiyə Quliyevaya yenidən cinayət işi açılıb və o, ikinci dəfə 5.6 il azadlıqdan məhrum olunub.

Vəkil Əsabəli Mustafayev yazır ki, Lamiyə Quliyeva ilə yanaşı Vüqar Əliyevin də hüquqları tapdanıb:
“Sübut edə bildik ki, Vüqarın şikayətini 6 il müddətində həbsxana rəhbərliyi qəsdən Ali Məhkəməyə göndərməmişdir. Mən Ali Məhkəmənin Plenumu vasitəsilə müddətin bərpasına nail oldum. Ancaq şikayətə formal baxıldı, səbəbi də aydındır. İş indi Avropa Məhkəməsindədir. Hesab edirəm ki, Vüqarın təqsirsizliyi şübhəsizdir. Tutulanda ciddi işgəncələrə məruz qalıb, bütün dişlərini sındırmışdılar. Bıçaq üzərində ancaq Lamiyənin barmaq izləri var. Həm də ifadə verib ki, qətli o özü törədib, çünki mərhum onu zorlamışdır. Bütün bunlara baxmayaraq, Vüqarı məhkum etdilər. Onun atası da 4 il yatdı. Bunlar hamısı Aslanovun əməlləridir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam