Litva Rusiya ilə müharibə ehtimalına hazırlaşır
Mülayim iqlimi və nüvə reaktoru olan Litva indiyə kimi nə təbii, nə də texnoloji fəlakətlərdən zərər çəkməyib
Amma Müdafiə Nazilriyinin fövqəladə hallarda davranışla bağlı yaydığı kitabça vətəndaşlara bu kimi fəlakətlərdə özünü necə aparmağı tövsiyə edir.
"Xeberinfo.com": Məlumata görə, bu həftə dərc olunan və kitabxanalara, hərbi hissələrə göndərilən 98 səhifəlik vəsait vətəndaşların mümkün basqın, işğal və hərbi münaqişə zamanı davranış qaydalarından bəhs edir.
"Ekstremal situasiyalarda və ya müharibə mərhələsində özünü necə aparmalı" adlı vəsait
"Ekstremal situasiyalarda və ya müharibə mərhələsində özünü necə aparmalı" adlanan vəsait 1940-1991-ci illərdə sovet nəzarəti altında yaşayan, amma indi Avropa Birliyinin və NATO-nun üzvlüyünün çətiri altında təhlükəsizliyini təmin edən Litvanın böyük narahatlığını göstərə bilər.
Vilnüs rəsmiləri hələ ötən il deyiblər ki, Ukraynada baş verənlər Rusiyanın təhlükəli qonşu kimi qaldığını göstərir.
Müsafiə naziri Juozas Olekas "Reuters"ə müsahibəsində bildirib ki, Rusiya Ukraynada aqressiv hərəkətlərə başlayanda litvalılar başa düşüb ki, qonşu dostcanlı deyil. O deyir, Rusiya və rusiyapərəst seperatçılar tərəfindən əraziləri işğal olan Gürcüstan və Ukrayna nümünəsi göstərir ki, onlar da oxşar hadisələrdən sığortalanmayıb. Juozas Olekas vəsaitin təqdimatında bildirib ki, orta Litva vətəndaşlarından vətənin müdafiəsi ilə bağlı suallarla tez-tez qarşılaşıb.
Müdafiə Naziriyinin veb-saytından yüklənməsi mümkün olan vəsaitdə düşmən əsgərlər evə girən zaman necə gizlənməklə bağlı da məsləhətlər var.
Burada həmçinin düşmən əleyhinə mülki itaətsizlik formaları - tətillər, blokadalar, dezinformasilar, kiberhücum kimi instruksiyalar da yer alıb.
Baxmayaraq ki, vəsaitdə Rusiya spesifik olaraq xatırlanır, amma fərqlənmə nişanı olmayan və ya hansısa dövlətə məxsusluğu bilinməyən hərbçilərin daxil olduğu "hibrid müharibəyə" necə cavab verilməsi ilə bağlı məsləhət də yer alıb. Bu məsləhət açıq-aydın Ukraynadakı müharibənin əlamətlərini özündə əks etdirir, axı Moskva da Ukraynada separatçıları silah və əsgərlə təmin etdiyini boynuna almır.
"Litva vətəndaşları onların ərazilərində və ya hardasa kimliyi məlum olmayan silahlı şəxsləri müşahidə edərsə, dərhal hakimiyyəti məlumatlandırmalıdır" - deyə vəsaitdə məsləhət edilir.
Müdafiə Nazirliyinin vəsaiti litvalıları mümkün evakuasiyasını da vurğulayır. Vəsaitdə cənubdan Polşaya, qərbdən bərə ilə Polşa, Almaniya, İsveç, Finlandiyaya keçməkdən danışılır. Litvanın LNG qaz terminalının sahilyanı xətləri istənilən düşmən üçün strateji əhəmiyyətlidir, buna görə dəniz yolu ilə evuakasiya da eyni zamanda təhlükəli sayılır.
Litvalılara məsləhət görülür ki, gözlənilməz hadisələrdən xilas olmaq üçün indidən tədarük görsünlər: maşının yanacaq çəni dolu olsun, ərzaq ehtiyatı tutulsun, ailənin qoca və azyaşlılarına, o cümlədən ev heyvanlarının xüsusi ehtiyacları əvvəldən hazırlansın.
Eyni zamanda Litva yavaş-yavaş öz hərbi texnikasını gücləndirir, hərbi büdcəsini artırır. Litvanın 3 milyon əhalisi var ("Azadlıq" radiosu).