Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Çavuşoğlu NATO Baş katibinin üzünə “ikiüzlü” dedi: "8 ölkə bizimlə bağlı qərarı haqsızcasına blok etdi"

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberqlə  görüşüb.

Yenixeber.org: Görüşdən sonra hər iki tərəf jurnalistlərə açıqlama veriblər.

Çavuşoğlu Baş katibə “Barış pınarı” antiterror əməliyyatı barədə məlumat verdiyini deyib: “Bilirsiniz ki, Türkiyə boynuna ağır yük götürüb. “Türkiyənin qanuni narahatlığını başa düşürük” demək yetərli deyil. Bu istiqamətdə NATO-dan açıq və qəti mövqe görmək istəyirik. hamısı terrorçu PKK ilə YPG-nin eyni olduğunu yaxşı bilir. Hamı Türkiyənin narahatlığının haqlı olduğunu söyləyir. Lakin eyni zamanda,  fərqli rəy yaradırlar. Bu, sizin ikiüzlü davranışınızdır. Baxın, NATO müttəfiqlərini qorumaq üçün planlar qəbul edir. Türkiyəni qorumaq planını da təsdiqləyib. Sonra 8 ölkə bunu haqsızcasına blok etdi. Həmin hesabatda terrorçu PKK/YPG də var. PKK ortaq düşmənimiz deyilmi? Biz qətiyyətliyik, hədəfimiz terrorçulardır”.

Baş katib isə cavabda deyib ki, NATO Türkiyəni cənub sərhədlərinin qorunmasını dəstəkləyir: “NATO ilə Türkiyə birlikdə fəaliyyət göstərir. Türkiyə son illərdə hərbi təsisatlara 5 milyon dollardan artıq sərmayə qoyub. Bunların arasında radar və dəniz qüvvələrinin bazaları da var. Bu, NATO ilə birgə fəaliyyətin necəliyinin ifadəsir. NATO üzvlərindən heç biri Türkiyə qədər Orta Şərqdən gələn hücumlara məruz qalmayıb. İŞİD ortaq düşməndir və hələ təhlükəli olaraq qalır. Qazanılanlar təhlükəyə atılmamalıdır. NATO Suriyanın şimalında yer almayıb. YPG məsələsində də NATO-da ortaq bir fikir yoxdur…”.

NATO baş nkatibi Türkiyənin Suriyada ölçülü davranacağına inandıqlarını bir daha təkrarlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam