Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəsmi Tehran - Türkiyəni hərbi əməliyyatlardan çəkinməyə çağırdı

Rəsmi Tehran Türkiyəni hərbi əməliyyatlardan çəkinməyə çağırdı
Türkiyə qüvvələrinin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması maddi və humanitar zərərə səbəb ola bilər.
Yenixeber.org: Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Rəsmi Tehran Türkiyə tərəfinin Suriyanın şimalında hərbi əməliyyatlara başlamaq niyyəti ilə bağlı xəbərləri narahatlıqla izləyir. Hesab edirik ki, belə bir addımın atılması nəinki Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını aradan qaldıracaq, əksinə geniş maddi və humanitar ziyana səbəb olacaq”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, Tehran hər cür hərbi əməliyyatların əleyhinədir və məsələnin sülh yolu ilə aradan qaldırılması üçün Türkiyə və Suriya ilə dərhal əlaqə yaratmağa hazırdır.

Daha əvvəl İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib: "Biz Türkiyə tərəfinə dedik ki, Türkiyənin təhlükəsizliyi yalnız sərhəd bölgələrində hərbi qüvvələrin yerləşdirilməsi ilə təmin edilə bilər. Suriyanın suverenliyinə və təhlükəsizliyinə qarşı edilən hərəkətlər Türkiyəyə heç bir fayda gətirməyəcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam