Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Türkiyənin bu hərbi əməliyyatlarına dəstək verməyəcək

 

 Fotonun müəllifi-AFP
Ağ Evdən verilən açıqlamaya görə ABŞ hərbi əməliyyatlarda iştirak etməyəcək

Yenixeber.org: Ağ Ev bildirib ki, Türkiyə tezliklə Suriyanın şimali-şərqində əməliyyatlara başlayacaq və ABŞ qüvvələri artıq həmin ərazilərdən məsul olmayacaq.

Hərəkat Bazar günü gecə saatlarında ABŞ prezidenti Donald Trump və Türkiyə prezidenti Recep Tayyip Erdoğan arasında olan telefon danışığı zamanı razılaşdırılıb.

Xəbərə görə, ABŞ nə hərbi əməliyyatlarda iştirak edəcək, nə də Türkiyənin əməliyyatını dəstəkləyəcək.

Məlumatada bildirilib ki, Türkiyə artıq bölgədə həbs olunan bütün tanınmamış İslam Dövləti yaraqlıları üçün məsuliyyət daşıyacaq.

"Türkiyə tezliklə Suriyanın Şimalında çoxdan planlaşdırdığı hərbi məliyyatlara başlayacaq" bəyanatda deyilir.

Ağ evin bəyənatında o da bildirilib ki, Türkiyə son iki ildə yaxalanan bütün tanınmamış İslam Dövləti yaraqlılarından məsul olacaq.

"Birləşmiş Ştatlar Fransa, Almaniya və digər Avropa ölkələrinə onların ölkələrindən olan həbs olunmuş İŞİD döyüşçülərini qəbul etmələri üçün təzyiq edib, amma onlar bundan imtina ediblər", Ağ Evin bəyanatında deyilir.

ABŞ rəsmiləri bəyan edib ki, "onlar da bu yaraqlıları saxlaya bilməzlər və bu ABŞ vergi ödəyiciləri üçün böyük xərcdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam