Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cavad Zərif: “Yaxşı olardı ki, Türkiyə Suriyanın qanuni hökuməti ilə əməkdaşlıq etsin”

“İran Türkiyənin cənub sərhədlərində təhlükəsizliklə bağlı narahatlığını başa düşür. Lakin yaxşı olardı ki, Türkiyə bu təhlükəsizliyin təmin olunması üçün Suriyanın qanuni hökuməti ilə əməkdaşlıq etsin”.

Yenixeber.org:  Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Türkiyə və ABŞ-ın Suriyanın İdlib əyalətində birgə təhlükəsiz zona yaratmaq cəhdləri ilə bağlı planlarına rəsmi Tehranın münasibəti ilə bağlı suala cavab verən Zərif ABŞ-ın regionda hərbi mövcudluğunun qeyri-qanuni olduğunu, bu ölkənin beynəlxalq hüquq normalarını pozaraq Suriyaya daxil olduğunu vurğulayıb: “O ki, qaldı Türkiyəyə, biz türkiyəli dostlarımızın narahatlığını başa düşürük. Türkiyə cənub sərhədlərində təhlükəsizliyin təmin olunmasını istəyir. Yaxşı olardı ki, onlar bu məsələdə Suriyanın qanuni hökuməti ilə əməkdaşlıq etsinlər. Beynəlxalq hüquq və normaları pozaraq icazəsiz digər dövlətin ərazisinə girmək düzgün deyil”. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam