Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dağıstandan Azərbaycanla bağlı bəyanat

 

Dağıstan Respublikasının rəhbərinin administrasiyasının mətbuat katibi Dağıstan və Azərbaycan xalqlarının münasibətlərilə bağlı rəsmi bəyanat yayıb.

"Xeberinfo.com":  Məlumata görə, bəyanatda deyilir ki, son günlər Azərbaycan və Dağıstan xalqları arasında inamsızlıq yaratmaq məqsədilə bəzi qüvvələrin müxtəlif vasitələrə əl atdığı müşahidə olunur:
“Tam aydındır ki, heç bir əsası olmayan bu cür xəbərlərin arxasında milli kimliyindən sui-istifadə edərək çirkli işlərlə, fırıldaqçılıqla və korrupsiya ilə məşğul olan insanlar dayanır. Öz vəzifələrindən azad edilən bu şəxslər DağIstan və Azərbaycan xalqları arasında mehriban qonşuluq və qardaşlıq münasibətlərinə xələl gətirmək üçün şayiələr yayırlar. Dağıstan rəhbəri Ramazan Abdulatipovun dediyi kimi, heç kəs indiyə kimi sülh və razılıq şəklində yaşayan bu iki xalqı qarşı-qarşıya gətirməyə nail ola bilməyib və bilməyəcək”.
Qeyd edək ki, bir müddət öncə mediada, Dağıstan qəbirstanlığında Seyid Ağa ziyarətgahının və Nizaminin heykəlinin dağıdılması ilə bağlı xəbərlər yayılmışdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam