Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qurban Qurbanov həbs edildi

 

     Dağıstanın hüquq-mühafizə orqanları Dərbənd rayonu administrasiyasının rəhbəri, Dağıstan azərbaycanlıları klanının lideri Qurban Qurbanovu həbs ediblər

 

     "Xeberinfo.com": Virtualaz.org xəbər verir ki, hüquq-mühafizə orqanları Qurbanovu 2009-2013-cü illərdə torpaq qanunvericiliyini pozaraq Dağıstan hökumətinin mülkiyyətində olan 56 hektar torpağı ayrı-ayrı şəxslərə verməkdə ittiham edir.
Qurban Qurbanovun barəsində cinayət işi sentyabrın 16-da qaldırılmışdı. 1998-ci ildən bəri Dərbəndə başçılıq edən Qurbanovun problemləri vəzifəsindən istefa verməkdən imtina etməsindən sonra başladı.
Xəbər verdiyimiz kimi, Dağıstan rəhbəri Ramazan Abdulatipov Dərbənd rəhbərinin işində nöqsanlar olduğunu bəyan edərək ona vaxtından əvvəl istefa verməyə çağırıb. Lakin Q.Qurbanov istefa verməkdən imtina edib və öz tərəfdarlarını mitinqə toplayaraq müqavimət göstərib. Bundan sonra Dağıstanın hüquq-mühafizə orqanları onun administrasiyasına basqın edərək bütün sənədləri aparıblar. Ardınca ona qarşı cinayət işi qaldırılıb.
Qurbanov Dərbəndin azərbaycanlı klanının lideri idi. Ondan əvvəl rayona 1962-ci ildən etibarən atası Səid Qurbanov başçılıq edib. Qurbanovun qardaşı Maqomed isə Dağıstanın Bakıdakı nümayəndəsi idi. Abdulatipov hakimiyyətə gələndən sonra onu işdən azad edib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam