Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dağıstan-Azərbaycan sərhədində böyük tıxac yaranıb

Dağıstan-Azərbaycan sərhədində böyük tıxac yaranıb

 

Dağıstanla Azərbaycan sərhədindəki “Yaraq-Qazmalar”, “Tahirkənd-Qazmalar” və “Yeni Filə” sərhəd-keçid məntəqələri yükdaşıyanlar üçün bağlıdır

 

Yenixeber.org: Bu haqda TIR sürücüləri deyiblər. 

Onların “Çernovik” nəşrinə bildirdiyinə görə, gömrükçülər kommersiya yükü (paltar, ayaqqabı, meyvə-tərəvəz və digərləri) daşıyan TIR-ları buraxmır. Belə situasiya iki-üç həftədir davam edir. Səbəb isə gömrük postlarında yüklərin yoxlanılması prosedurlarıdır.

Bundan əvvəl gömrükçülər TIR sürücülərindən rüşvət yığaraq onların daşıdıqları yükə ancaq ümumi baxış keçirirdi və sərhəddən buraxırdı. Lakin sürücülər gömrükçülərin onlardan rüşvət yığmasından şikayət etməyə başladı, hətta bir neçə həftə əvvəl aksiya keçirildi. 

Nəticədə Dağıstan rəhbərliyi bir neçə gömrükçünü cəzalandırdı, rüşvəti yığışdırdı. Bu dəfə isə rüşvətin yığışdırılması və yüklərin qanuni prosedurlardan keçməklə gömrükdən buraxılması daha betər vəziyyət yaratdı. Gömrük postlarının qarşısında yük avtomobillərinin uzun-uzadı növbələri meydana çıxdı.

“İndi gömrükçülər bizim sənədlərimizdə hansısa artıq nöqtəyə, vergülə də ilişirlər, amma rüşvət istəmirlər” - sürücülərdən biri deyir.

Digər mənbə isə bildirib ki, qalan gömrük postlarında da vəziyyət oxşardır. Çünki sərhəddə komissiya işləyir, rüşvət yığışdırılıb. Amma sürücülər onlardan tələb edilən qanini prosedurların öhdəsindən gələ bilmirlər. Nəticədə günlərlə gözləməli olurlar. Hazırda sərhəddə yük avtmobillərinin uzun növbəsi yaranıb.

Sərnişinlər üçün isə gömrük postlarından keçməklə bağlı problem yoxdur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam