Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Netanyahu 6-cı dəfə baş nazir ola biləcəkmi? –İSRAİL SEÇKİLƏRİNİN İLKİN NƏTİCƏLƏRİ BU GÜN AÇIQLANACAQ

Arva İbrahim

“Əl-Cəzirə”, 18.09.2019

 

Yenixeber.org:   İsraildə baş nazir Benyamin Netanyahunun taleyi ilə bağlı referendum kimi qavranan seçkidə minlərlə adamın iştirakından sonra səslərin sayılması davam edir.

İyul ayında beşinci dəfə İsrailin ən uzun müddətli baş naziri olmuş Netanyahu mərkəzçi “Mavi və Ağ” Partiyasının lideri, keçmiş ordu başçısı Benni Qantzla yarışır.

“Exit-poll”-un ilk nəticələrinə görə, Netanyahu və onun sağçı koalisiyası lazım olan 61 yerlik çoxluğu təmin edə bilməyib.

Qantzın partiyası da 34 yer qazanıb. Seçkidə sabiq müdafiə naziri Aviqdor Libermanın sağçı “Yisrael Beiteinu” – 8, “Ərəb Birliyi Siyahısı” – 11 mandat alıb.

Rəsmi ilkin nəticələr Çərşənbə günü, yekun nəticələr isə sentyabrın 25-də açıqlanacaq.

Təl-Əvivdə tərəfdarları qarşısında danışan Qantz rəsmi nəticəni gözləməli olduğunu söyləyib: “Netanyahu qarşıya qoyduğu məqsədə nail olmadı. Biz “Mavi və Ağ” ideyasının düzgünlüyünü sübut etdik”.

Bir qədər sonra Netanyahu “Likud”un Təl-Əvivdəki partiya qərargahında tərəfdarlarına koalisiya danışıqlarının artıq başladığını bildirib: “İsrail güclü hökumətə, sabit hökumətə ehtiyaclıdır. İsrail – yəhudi xalqının dövlətidir və bu millətə nifrət edən partiyalardan ibarət hökuməti ola bilməz”.

İsrail üzrə təhlilçi və ekspert Məcdi Halabi ilkin qeyri-rəsmi nəticələrin baş nazir üçün “şapalaq” olduğunu söyləyib.

 

Yüksək fəallıq

31 partiya 22-ci çağırış Knessetindəki 120 yer uğrunda mübarizə aparıb.

Bir çox müşahidəçi 6 aydan az müddətdə seçicilərin ikinci dəfə səsvermə məntəqəsinə getməsini, seçki yorğunluğuna istinadla gözləməsə də, paytaxt Tel-Əvivdəki seçki məntəqələrindən kənarda da yaranan uzun növbələr iştirak faizinin yüksək olduğunu göstərib.

İsrailin seçki komissiyası bildirib ki, apreldəki 68.5 faizlə müqayisədə, son seçici fəallığı 69.4 faizdir (ümumi seçici sayı 4.440.141 nəfərdir).

Netanyahu müxtəlif sosial media platformaları, telefon mesajları və bir neçə böyük şəhərin küçələrində plakatlarla təbliğatını aparıb.

“Biz son dəqiqəyə qədər mübarizə aparırıq. Hər səs vacibdir. Çıxın və “Likud”a səs verin”, – deyə baş nazir “Twitter” vasitəsilə seçicilərinə səslənib.

Netanyahu, eyni zamanda, 3 ayrı korrupsiya işi: rüşvət, fırıldaqçılıq və etimadın pozulması ilə əlaqədar məhkəməyə hazırlaşır. O, ittihamları rədd edir.

İsrail polisi seçki məntəqəsində səsverməni pozmağa çalışdığı iddia edilən 20 nəfərin saxlandığını açıqlayıb.

 

Netanyahu Qantza qarşı

Koalisiya hökumətləri İsrail üçün normadır, çünki bir qayda olaraq, heç bir partiya Knessetdə çoxluğu qazana bilmir və indidən qarşıdakı danışıqların çətin olacağı ehtimalı var.

Liberman ultra-ortodoks partiyaların – Netanyahunun ənənəvi tərəfdaşlarını ittifaqına qoşulmayacağını söyləyib.

Qantz, Netanyahunun korrupsiyada ittihamlanmasını əsas gətirərək administrasiyada iştirak etməmək qərarına gəlib.

İsrail prezidenti Reuven Rivlin, adətən, ən çox yer qazanan partiyanın liderinə yeni hökuməti formalaşdırmaq mandatı verir.

Bu adamın Knessetdə ən az 61 yerə sahib olmadığı və kiçik partiyalardan kifayət qədər dəstək toplamağı düşünülsə, Rivlin səlahiyyəti başqasına da verə bilər.

“Netanyahu 61 yerlik həddi aşmazsa, Rivlin ona yenə də hökumət qurmaq səlahiyyətini verə bilər, – İsrail politoloqu Eli Nissan “əl-Cəzirə”yə bildirib. – Ancaq əgər o, bir neçə həftə ərzində hökumət qura bilməzsə – aprel seçkilərindən sonra baş verənlər kimi – prezident Qantza hökuməti qurmaq imkanı verə bilər. O da uğursuz olarsa, prezident birlik hökuməti yaradacaq”.

Netanyahunun 2009-cu ildə hakimiyyətə gəlişindən bəri İsraildə birlik hökuməti qurulmayıb.

 

Fələstinlilərin səsverməsi

Mütəxəssislərin fikrincə, İsrailin Fələstin vətəndaşları arasında seçici fəallığı, apreldəki səsvermədən yüksək olub. O zaman fələstinlilər arasında seçicilərin yalnız 49,2 faizi səs verib.

Hayfalı analitik Diana Buttu deyib: “Bu dəfə Fələstin vətəndaşları arasında daha yüksək seçici fəallığı oldu, onların əksəriyyəti “Ərəb Birgə Siyahısı”na səs verdi”.

“Bir çox yəhudi seçicisinin “Birgə Siyahı”nı dəstəklədiyini də gördük”.

Nazaretli politoloq Oudeh Bisharat bu fikirdədir.

Bu Alyans aprel ayında iki rəqib qrupa bölünən dörd Fələstin partiyasının ittifaqıdır. Onlar sentyabr seçkisi öncəsi yenidən birləşib.

“Fələstinli seçicilər bu dəfə daha çox idi, çünki “Ərəb Birgə Siyahısı” yenidən birləşdi, Netanyahunun irqçiliyinə və təhrikləri əleyhinə səs verdi”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam