Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Lbermanın istefa səbəbi məlum oldu -Yenilənib

 

Libermanın istefa səbəbi məlum oldu - Yenilənib
İsrailin müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa verib.
Yenixeber.org: "Associated Press” xəbər verir ki, bu barədə Libermanın özü rəhbəri olduğu "Evimiz İsrail" partiyasının xüsusi iclasında bəyan edib.

Liberman bildirib ki, baş nazir Benyamin Netanyahunun Nazirlər Kabinetini tərk edir. O, bu günlərdə Qəzza zonasında baş verən irimiqyaslı toqquşmadan sonra ötən gün Misirin vasitəçiliyi ilə "Həmas"la atəşkəs barədə əldə olunan razılığa etiraz edərək bu addımı atıb. Libermanın sözlərinə görə, bu, terrorçulara təslim olmaqdır. Onun fikrincə, İsrail hökuməti atəşkəs barədə razılığı rədd etməli və ordu "Həmas"ın Qəzzadakı mövqelərinə ağır zərbələr vurmalıdır.

Partiya iclasındakı çıxışında o həmçinin, mümkün qədər tez bir zamanda erkən parlament seçkiləri keçirməyə çağırıb.

Onun bu qərarı verməsində Qəzzada atəşkəsin ciddi şəkildə pozulması nəticəsində İsrail ordusunun yüksək rütbəli zabitinin ölümünün də rol oynadığı istisna edilmir. Liberman yazılı şəkildə istefa məktubunu Netanyahuya təqdim etdikdən 48 saat sonra onun istefa qərarı qüvvəyə minəcək.

Qeyd olunub ki, "Yəhudi Evi" partiyası hazırda ölkənin təhsil naziri postunu tutan Naftali Bennetin İsrailin müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır. Belə ki, partiya Bennetin müdafiə naziri təyin edilməsi məsələsini hökumətin mövcud olması üçün şərt kimi qoyub.

Xatırladaq ki, Aviqdor Liberman 2016-cı ilin 30 may tarixindən bu günədək İsrailin müdafiə naziri olub. Bu posta gəlməzdən əvvəl isə Liberman İsrailin nəqliyyat və xarici işlər naziri vəzifələrini icra edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam