İsraildəki seçkilərdə son vəziyyət -2 dini partiya Netanyahunu seçdi
İsrailin Mərkəzi Seçki Komissiyası (MSK) Knessetə (parlament) keçirilən seçkilərdə hələlik səsvermə bülletenlərinin 97,4%-ni sayıb.
Yenixeber.org: "Haaretz” xəbər verir ki, 97,4 faizlik nəticəyə əsasən parlament seçkilərində Knessetdəki yerlər uğrunda yarışa qatılan 41 partiyadan yalnız 11-i 3,25 faizlik seçki baryerini keçə bilərək mandat qazanıb.
Hazırda İsrailin baş naziri Binyamin Netanyahunun “Likud” partiyası çox az faizlə irəlidə olsa da, təkpartiyalı hökuməti formalaşdırmaq üçün parlamentdə mütləq çoxluğa nail ola bilməyib. Belə ki, “Likud” partiyası və İsrail ordusu baş qərargahının sabiq rəhbəri Beni Hantsın başçılığı altındakı mərkəzçi “Kahol-Lavan” (“Bəyaz-Mavi” - İsrail bayrağının rənglərinə uyğun olaraq adlandırılıb) blokunun hər biri Knessetdə 35 mandat qazanıblar.
Hər iki partiya özünü qalib elan edərək koalisiya hökuməti formalaşdırmaq üçün parlamentə keçən digər siyasi qüvvələrlə danışıqlara hazırlaşırlar. Parlament seçkilərində sağçılar və dini partiyalar ərəblərdən, mərkəzçi və solçulardan daha çox yer qazandığından, Netanyahunun onlarla sağçı koalisiya hökuməti formalaşdırmasının asan olacağı bildirilir. Bununla da, Netanyahu Knessetdəki 120 yerin ən azı 65-nə sahiblənə biləcək. Mərkəzçilər, solçular və ərəblər isə birlikdə 55 yer əldə edə biləcəklər.
Artıq 2 dini partiya Netanyahunun tərəfinə keçib. Lakin İsrailin istefa verən sabiq müdafiə naziri Aviqdor Libermanın parlamentdə 5 yer qazanan “Bizim evimiz İsrail” (“Yisrael Beytenu”) sağçı partiyası qərarını qətiləşdirməyib. Liberman hələlik koalisiya hökuməti formalaşdırmaq üçün Netanyahuya açıq dəstək nümayiş etdirmir. O bildirib ki, seçkilərin yekun rəsmi nəticələri açıqlandıqdan sonra “Likud” partiyası ilə Beni Hantsın “Kahol-Lavan” bloku arasında son seçimini edəcək. Ən pis halda isə, koalisiya hökumətinə qoşulmaqdan imtina edərək müxalifətə keçəcəklərini deyib.
Qeyd edək ki, İsraildə koalisiya hökumətini formalaşdırmaq üçün Knessetdəki 120 yerdən azı 61-nə sahib olmaq lazımdır. Lakin əsas məsələ İsrail prezidentinin koalisiya hökumətini formalaşdırmağı parlamentə keçməyi bacaran hansı partiyaya tapşıracağıdır. Çünki prezident çoxluq qazanan partiyaya bu işi həvalə etməyə də bilər. Bu mənada İsrail prezidenti Reuven Rivlinin sabahdan etibarən partiyalarla görüş keçirəcəyi bildirilir. Hansı partiyanın birinci olmasından asılı omlayaraq, Rivlin koalisiya hökumətini qurmağa daha yaxın olan partiya liderinə bu vəzifəni verəcək.