Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSİYA XƏLİFƏ HƏFTƏRLƏ MƏSAFƏ SAXLAYIR –Kremlin ikibaşlı oyunu nəyə hesblanıb?

Yuri Barmin

“Əl-Cəzirə”, 12.07.2019

 

Yenixeber.org: Liviyadakı münaqişənin gərginləşməsi həm regional, həm də qlobal xarici müdaxiləni çılpaqlaşdırıb. Əlbəttə, Liviya ilə bağlı başlıqlara çıxan Rusiya bu məsələdə arxa plana keçməyə çalışır.

Son üç ayda rus diplomatları Həftərin Tripoli əməliyyatına dair bulanıq şərhlər veriblər. Hücumun başlanmasından iki gün sonra xarici işlər naziri Sergey Lavrov Qahirədə keçirilən mətbuat konfransında Rusiyanın bu münaqişədə “birtərəfli şəkildə təqsirkar axtarışı”na qarşı olduğunu söyləyib. Eyni zamanda, Moskvanın Həftəri dəstəklədiyi soruşulduqda, o deyib ki, Rusiya “Liviyadakı bütün siyasi qüvvələri dəstəkləyir və onların öz aralarında razılığa gəlməsini istəyir”.

Ancaq qeyri-birmənalı bəyanatlar Həftərin dəstəklənməsinə yönəlik diplomatik hərəkətlərlə alt-üst olunub: aprelin 7-də Rusiya BMT Təhlükəsizlik Şurasının general Həftərin Tripoli hücumunu pisləyən bəyanatını bloklayıb. Rusiya siyasətçiləri xüsusi olaraq bu əməliyyatın uğursuzluğa məhkum edilmiş zəif plan olduğu qənaətində olsa da, Kreml generala diplomatik dəstək verib.

Bundan əvvəl Həftər Rusiya Müdafiə Nazirliyinin timsalında tərəfdaş tapıb. Rusiya ordusu ilə yanaşı, Həftərin Qahirə və Əbu-Dəbidə tərəfdarları var. Onun Binqazi və Dərnada təşkil etdiyi əməliyyatlar Rusiya səlahiyyətliləri tərəfindən terrorla mübarizədə müvəffəqiyyətli bir cəhd olaraq dəyərləndirilib.

Rusiya, həmçinin “Liviya Milli Ordusu”nun (LMO) Fəzzan kimi tanınan ölkənin neftlə zəngin cənub hissəsini ələ keçirmək əməliyyatını dəstəkləyib. Bəzi mənbələrə görə, bu hücum, BƏƏ və Misirlə sıx əlaqələndirmə ilə, Rusiyada çap olunan nağd pullar sayəsində mümkün olub.

Şərqdəki paralel hökumət strukturları da 2016-cı ildə Rusiyada Liviya valyutasını zərb etdirib.

Həftərin cənubda uğuru, xüsusilə Şərarə və əl-Fil neft yataqlarını ələ keçirməsi, Rusiya da daxil olmaqla, bir çox beynəlxalq oyunçu üçün oyun dəyişdiricisi hadisə olub. Fəzzan kampaniyasından əvvəl LMO komandanı Rusiyaya gəlirli neft müqavilələri vəd edib. Moskvadakı mənbələrə görə, o, Binqazidə Milli Neft Şirkətinin (NOC) paralel ofisindən neft ixracına tam nəzarəti ələ keçirdikdən sonra Rusiya şirkətlərinə imtiyazlar verəcəyini açıqlayıb.

Bu fikrin iflasından sonra ruslar və NOC-un icraçı direktoru Mustafa Sanall arasında imzalanmış müqavilə də batıb.

Həftər 2018-ci ilin fevral ayında Şərarə və əl-Filə nəzarəti ələ aldıqda, Moskva onun NOC-a da rəhbərlik edə biləcəyini nəzərə alıb. Beləliklə, general Tripoliyə hücumu başladıqda, Kremlin dəstəyini alıb.

Kampaniyanın tez zəfər qazanmayacağı aydınlaşdıqca, Rusiyanın Liviya ilə bağlı mövqeyi strateji qeyri-müəyyənliyə bürünüb. Bir sıra xarici ölkələrin, o cümlədən Fransa, Türkiyə və BƏƏ-nin Tripoli ilə münaqişə halına necə sürükləndiyini görən Kreml, əslində, döyüşə qatılmamaq qərarına gəlib.

Misir və BƏƏ-dən fərqli olaraq, Rusiya Həftərin Tripoli hücumuna aktiv şəkildə müdaxilə etmir. Amma Moskva LMO-nu Milli Etimad Hökuməti (MEH) ilə müqayisədə, tam qanuni sayır. İkincisi, Rusiya Müdafiə Nazirliyi Liviyada Həftər kimi hərbiçi ilə məşğul olmağı üstün tutur. Üçüncüsü, Həftər son nəticədə NOC-da Sanallı öz adamı ilə əvəz edəcək.

Əgər bu baş verməzsə və Tripolidə qarşı mübarizə kifayət qədər uzun sürərsə, Moskva hələ də vəziyyəti potensial qazanan kimi görür. O, Həftərin Qərbi Liviyadakı uğursuzluqlarından faydalanmaq istəyir və Tripolinin Rusiya hökuməti ilə daha sıx əməkdaşlığına ümid edir.

Hər iki tərəf Rusiya rəhbərliyi ilə yüksək səviyyəli görüşlər təşkil etməyə cəhd göstərib, lakin indiyə qədər Kreml müəyyən məsafə saxlayıb.

Moskvada olan Həftər təmsilçiləri aprel ayından etibarən iki dəfə xarici işlər naziri Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşlər tələb edib, may ayının sonunda general üçün xüsusi bir səfər təşkil olunub.

Bəzi məlumatlara görə, 2018-ci ilin noyabrında Liviya ilə bağlı Palermo konfransında MEH başçısı Fəyyaz Sərraj Rusiyanın Həftərə dəstək verməsi və Liviya valyutasının Moskvada zərb edilməsinə görə baş nazir Dmitri Medvedevə narazılığını dilə gətirib.

MEH-in Moskvaya maraqlarına baxmayaraq, Rusiya Xarici İşlər Nazirliyi onun nümayəndələrini qəbul etmək istəmir. May ayına təyin olunan nazir müavini Əhməd Məytiq və xarici işlər naziri Məhəmməd Sialın səfərləri ləğv edilib.

2018-ci ildə Tripoli şəhərində üç il həbs cəzasına məhkum olan iki rusiyalı dənizçini geri qaytarmaq cəhdi də baş tutmayıb.

Liviya hazırda Rusiya xarici siyasətinin prioriteti olmasa da, Kreml Liviya kontekstində müvafiq planlara zərurət görür. Həftərın Rusiyanın, BƏƏ ilə yanaşı, hərbi müdaxiləyə ümidləri çoxdur. Hazırda BMT-də veto hüququ Moskvanın Həftərin lehinə istifadə etməyə hazır olduğu ən güclü silahdır.

Lakin Kremlin, ümumiyyətlə, onu nə qədər dəstəkləyəcəyi generalın uğurlarından asılıdır. Elə Tripolidəki MEH-in dəstək qazanmaq cəhdi də.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam