Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyanın -Qarabağla bağlı məktubu saxta çıxdı

Paşinyanın Qarabağla bağlı məktubu saxta çıxdı - FOTO
Ermənistanın xüsusi xidmət orqanları baş nazir Nikol Paşinyanın sosial şəbəkələrdə yayılmış saxta məktubunun müəllifini axtarırlar. NATO-nun baş katibi Yens Stoltenberqə ünvanlanmış məktubda Ermənistan hökumətinin başçısı guya Şimali Atlantika Alyansı ilə daha sıx əməkdaşlığa hazır olduğunu və Dağlıq Qarabağ münaqişəsinin bunun qarşısında ən böyük əngəl təşkil etdiyini bildirir.
Yenixeber.org: O, bu kontekstdə guya ilin sonunadək “erməni qoşunlarını Dağlıq Qarabağdan çıxaracağını” vəd edib. Saxta məktubda Ermənistan qoşunlarının münaqişə zonasından çıxarılacağı və Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə veriləcəyinə dair ümumxalq referendumu keçiriləcəyi barədə fikirlər də yer alıb. 

Bu feyk məktubu ilk dəfə informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan aşkar edib. O, bildirib ki, yüksək ehtimalla məktubun mətni Ermənistanın hüdudlarından kənarda hazırlanıb. Ermənistan milli təhlükəsizlik xidmətinin mətbuat katibi Samson Qalstyan isə bu vəziyyəti şərh etməkdən imtina edib. 

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi məktubun feyk olduğunu təsdiq edib, lakin onu şərh etmək istəməyib. 

Kibertəhlükəsizlik üzrə ekspert Martirosyan qeyd edib ki, məktub çox savadlı hazırlanıb. Onun sözlərinə görə, hətta Paşinyanın ən qatı düşmənləri belə bu məktubun feyk olduğunu bildiriblər. Paşinyanın mətbuat katibi də bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb. (AzərTAc)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam