Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

DÜNYANI YÖNLƏNDİRƏN İKİ NƏHƏNG GÜC –Beynəlxalq nizamı alt-üst edənlər kimlərdir? (VİDEO)

dunyani-idare-eden-gizli-

Hazırda dünyada çox mühüm və eyni zamanda da mürəkkəb siyasi-iqtisadi proseslər gedir. Demək olar ki, hər yerdə gərginlik ocaqları var. Böyük dövlətlər arasında baş verən problemlər əvvəlki kimi diplomatik yolla deyil, sərt üsullar və təhdidlər vasitəsilə həll edilməyə çalışılır. Elə təsəvvür yaranır ki, sanki dünya geniş miqyaslı müharibənin astanasında dayanıb.

Yenixeber.org: Bəli, Üçüncü Dünya Müharibəsindən danışanlar da az deyil. Çünki bir çox ölkələr fövqəldövlət olan ABŞ-a qarşı vahid cəbhədə birləşməyə başlayırlar. Əlbəttə, Amerika da öz növbəsində sakit və hərəkətsiz dayanmayıb. Onilliklər boyu sürmüş mövcud beynəlxalq nizam sistemi iflic vəziyyətinə düşmək üzrədir, Birləşmiş Millətlər Təşkilatı çarəsiz qurumu xatırladır. Digər yandan isə, dünyanın iqtisadi-maliyyə sistemində də çalxalanma var. Uzun müddətdir ki, sabit tərzdə işləyən beynəlxalq iqtisadi münasibətlərdə nasazlıq hiss edilir. Bu gün böyük dövlətlər arasında gedən ticarət və valyuta müharibələri beynəlxalq siyasi icmalların əsas mövzusuna çevrilib. İlk baxışdan hər şey xaotik görünür. Bəs, əslində dünyada nə baş verir?

Təqdim etdiyimiz videolarda siyasi analitik, şərhçimiz Vaqif Mahmudov məhz bu suallar ətrafında fikirlərini bölüşür.(azpolitika)

934A0374_(1) (1)

O, baş verən hadisələrin kapitalizmin xarakterindən qaynaqlandığını əsaslandırmaqla yanaşı, həm də dünyanın mövcud maliyyə-təsərrüfat modelinin yenilənməsinə çalışıldığını söyləyir. Onun fikrinə görə, bu səbəbdən də, dünyanın hazırkı vəziyyətə düşməsində böyük rol oynamış iki nəhəng elita arasında amansız mübarizə gedir. Həmin iki nəhəng qüvvə ABŞ milli dövlət sistemi və qlobal maliyyə quruluşlarıdır və onlar arasındakı qarşıdurma xeyli uzaqlara – ABŞ-ın ilk müstəqillik illərinə qədər uzanır. Digər tərəfdən isə milli dövlət sistemi ilə maliyyə bank quruluşları arasında meydana gələn mübarizənin tarixi köklərinə nəzər yetirilir. Videolarda dünyanın maliyyə güclərinin hansı yollarla təşəkkül tapması və onların ABŞ-ı necə öz iradələrinə tabe etmələri və sonra isə, bu dövləti necə önə çıxardıqları barəsində danışılır.

Belə hesab edirik ki, oxucular bu videomateriallarda onları düşündürən bəzi sullara cavab tapa biləcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam