Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra - Azərbaycan etnik və regional separatçılıqdan, vətəndaş müharibəsindən...

 

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günündə ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi, Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.

Yenixeber.org: Bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, ölkənin mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili-siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu:

“Belə ki, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən və mütəmadi eskalasiya vəziyyətində qeyri-müəyyənliklə təzahür olunan destruktiv proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olundu.

Həmin tarixi dövrün qanunauyğunluqları və reallıqlarına bir daha nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin sistematik surətdə əsası qoyulmamışdan öncə ölkə daxilində bir sıra dağıdıcı ünsürlərin qarşısının alınması, diskriminasiya və kataklizmlərlə müşayiət edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda isə siyasi sabitliyin təmin edilməsi lazım idi ki, ümummilli lider Heydər Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələr üzərindən hərəkət edərək buna nail oldu. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra da dövlət çevrilişlərinə cəhdlər edilsə də, onların qarşısı siyasi rasionallıqla zamanında atılmış addımlar və görülmüş tədbirlər sayəsində alındı".

Millət vəkili vurğulayıb, əgər 1991-1993-cü illər ərəfəsində dövlət çevrilişi cəhdləri hakimiyyət boşluğu və böhranından, ölkəyə rəhbərlik edən şəxslərin siyasi irrasionallığından qaynaqlanırdısa, 1993-cü ildən sonrakı cəhdlər ümummilli lider Heydər Əliyevin siyasi sabitliyi və ümummilli bütövlüyü təmin etmək üçün gördüyü tədbirlərə əks reaksiya idi:

"Ulu öndərin sistematik tədbirlər planının fonunda məlum çevriliş cəhdlərinin arxasında və əsasında duran dağıdıcı daxili və xarici qüvvələr ölkəmizdə siyasi sabitliyin təmin edilməsinə yönəlik strateji tədbirlərin qarşısını almağa və yenidən anarxiya mühitini bərpa etməyə çalışırdılar. Amma ölkədəki situasiya əvvəlki kimi deyildi. Heydər Əliyevin sürətli strateji tədbirlər planı və milli siyasəti sayəsində ictimai-siyasi palitrada kardinal səciyyə daşıyan mərhələli reformativ tədbirlər görülmüşdü və bunun sayəsində bölücü faktorların neytrallaşdırılması mümkün idi. Bütün bu strateji tədbirlər sayəsində məhz bu cür də oldu, yəni, bölücü faktorların neytrallaşdırılmasına və ictimai-siyasi müstəvidə siyasi sabitliyin təmin olunmasına nail olundu. Bu tarixi hadisədən sonra Azərbaycan etnik və regional separatçılıqdan, vətəndaş müharibəsindən qurtuldu və ölkə sabit və dinamik inkişaf yoluna çıxarıldı".

H.Babaoğlu əlavə edib ki, bu gün də həmin yol inamla davam etdirilir və bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin gərgin əməyi səmərəli fəaliyyəti sayəsində mümkün olur: "Olduqca mürəkkəb bir regionda hazırki inkişafa və sabitliyə nail olmaq yalnız 4 iyun hadisələrindən obyektiv dərs çıxarmaq və onun nəticələrini düzgün qiymətləndirməklə mümkün ola bilərdi ki, Azərbaycan da bunu bacardı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam