Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ölkədə çox səriştəsiz bir rəhbərlik var idi”

“Ölkədə çox səriştəsiz bir rəhbərlik var idi”
"AXCP-Müsavat rəhbərliyi ölkənin onsuz da ağır durumunu bir qədər də mürəkkəbləşdirirdi”.
 
Yenixeber.org:  Bunu Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, YAP Siyasi Şurasının üzvü Fuad Ələsgərov "Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
F.Ələsgərov qeyd edib ki, 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan olduqca ağır bir vəziyyətlə üzləşmişdi: "Bu, hər bir yeni dövlətin üzləşdiyi adi siyasi, sosial, iqtisadi problemlərlə dolu vəziyyət deyildi. Azərbaycan qonşu Ermənistanın təcavüzünə məruz qalmışdı, torpaqları işğal olunmuşdu. Ölkə müharibə vəziyyətində olsa da, nizami ordu mövcud deyildi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da, bu, sadəcə olaraq kağız üzərində qalmışdı. Digər tərəfdən, ölkədə vətəndaş müharibəsi təhlükəsi, milli zəmində separatçılıq meyilləri mövcud idi. Cinayətkarlıq dövlətin əsasları üçün təhlükə yarada biləcək səviyyəyə çatmışdı. Nəhayət, ölkədə çox səriştəsiz bir rəhbərlik var idi. Heç bir idarəçilik təcrübəsi olmayan, öz siyasətini yalnız populizm üzərində quran, təsadüfi insanlardan ibarət olan AXCP-Müsavat rəhbərliyi ölkənin onsuz da ağır durumunu bir qədər də mürəkkəbləşdirirdi. Belə bir vəziyyətdə yalnız müstəsna bir hadisə Azərbaycan dövlətini məhv olmaqdan xilas edə bilərdi. Xoşbəxtlikdən, belə bir hadisə baş verdi. 1993-cü ildə Azərbaycan xalqı çox müdrik qərar qəbul edərək, mövcud durumda ölkəni xilas edə biləcək yeganə şəxsiyyəti, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə gətirdi.
Azərbaycanı sovet keçmişinə bağlayan telləri qıran, müstəqillik simvollarını xalqa qaytaran da məhz ümummilli lider oldu. Hələ 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Həmin gün dövlət bayrağımız sessiyaya gətirildi və Muxtar Respublikanın Ali Məclisində ucaldıldı. Bu, çox cəsarətli və fədakar addım idi. Çünki o zaman Azərbaycan hələ də Sovet İttifaqının tərkib hissəsi idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bizim müstəqilliyə gedən yolumuz məhz həmin gündən başlamışdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam