Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“ABŞ Orta Asiya ilə bağlı siyasətini dəyişməlidir”

absKarnegi Fondundan ABŞ hökumətinə təkliflər

Xeberinfo.com:   Xarici siyasət məsələləri ilə məşğul olan tanınmış beyin mərkəzi – Beynəlxalq Carnegie Sülh Fondu “ABŞ-ın Orta Asiya Siyasəti” adlı hesabat hazırlayıb.

Hesabat müəllifləri ABŞ-ın regiondakı siyasətinin dəyişdirilməsi ilə bağlı təkliflər verirlər.

Bildirilir ki, “ABŞ-ın Əfqanıstandakı hərbi iştirakını əhəmiyyətli dərəcədə azaltmağa doğru getdiyi vaxtda bu ölkəyə açılan “qapı” olan Orta Asiyanın əhəmiyyəti ABŞ-ın maraqları nöqteyi-nəzərindən azalacaq.”

Yazıda Mərkəzi Asiyanın müstəqilliyinin ilk iyirmi beş ilinin qərbyönlü geosiyasi orientasiya ilə yadda qaldığı, Birləşmiş Ştatların beş Orta Asiya dövlətinin müstəqilliyini və suverenliyini möhkəmləndirməsinə yardım etdiyi qeyd olunur.

“Birləşmiş Ştatlar əhəmiyyətli məqamda tərəfdaşlıq barədə vədlərini yerinə yetirib və bu dövlətlər ağır zamanlarda Birləşmiş Ştatların mühüm tərəfdaşı olublar,” deyə hesabatda qeyd olunur.

Bundan başqa bildirilir ki, Orta Asiya indi fərqli trayektoriya ilə hərəkət edir. Regionun hazırda yaşamaqda olduğu mühüm geosiyasi dəyişiklik Orta Asiyanın Avroatlantika icması ilə bağlarını zəiflədərək region dövlətlərində Çinin nüfuzunu və əhəmiyyətini artıracaq:

“Yaxın gələcəkdə Pekin və Moskva regionun əsas iqtisadi, siyasi və təhlükəsizlik tərəfdaşları olacaq. Bu, Çinin nəzərəçarpan regional iqtisadi gücü və Rusiyanın regionda qalmaqda olan iştirakı ilə izah olunur.”

Müəlliflərin toxunduğu ən maraqlı məqamlardan biri demoklratiyaya dəstək məsələsidir. Bildirilir ki, sadalanan dəyişikliklər “regionda Amerikanın iştirakı və təsirinin azalmasından və deməli Orta Asiya dövlətlərinin demokratik, azad bazar iqtisadiyyatına malik, regional iqtisadi inteqrasiya vasitəsilə bir-birinə bağlanmış ölkələrə çevrilməsinin daha da çətin olacağından xəbər verir.”

Daha sonra ABŞ-ın regiondakı siyasəti ilə bağlı tövsiyələr verilir. Tövsiyələrə

· ABŞ-ın Qazaxıstan və Özbəkistanla regional əməkdaşlığının prioritetə çevrilməsi;

· ABŞ-ın Rusiya və Çinlə ortaq maraqlara malik olduğunu qəbul edərək Rusiya və Çinin fəaliyyətinin ABŞ-ın maraqlarının təmin edilməsi üçün səfərbər edilməsi;

· Dəyişikliyə olan tələbatın yerli səviyyədən qaynaqlanmasına imkan verərək demokratiyaya dəstək əvəzinə sosial və iqtisadi şəraitin yaxşılaşdırılması üçün islahat planına fokuslanmaq;

· İnsan haqları ilə bağlı göstəriciləri təhlükəsizlik sahəsində əməkdaşlıqla şərtləndirməmək;

· İslam ekstremizmi təhlükəsinə həddindən artıq reaksiya verməklə ABŞ siyasətinin hərbiləşməsinə imkan verməmək daxildir. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam