Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Amerika Senatı prezident Trampı divara dirədi:“Administrasiyanın Yaxın Şərq siyasəti İrana yardm edir” – Təhlil

İqor Subbotin

Nezavisimaya gazeta, 29.11.2018

 

Yenixeber.org: Amerika senatorları Yəməndə savaş məsələsi üzrə prezident Donald Tramp qarşısında boyun əyməkdən imtina ediblər. Senat Amerikanın silahlı münaqişədə iştirakının dayandırılmasına səs verib. Səbəb jurnalist Camal Xaşuqcinin qətlə yetirilməsindən sonra münasibətin xeyli pisləşdiyi Səudiyyə Ərəbistanının siyasətidir. Qərbin ekspert mühitində hesab edirlər ki, Trampın faciəyə susmaq xəttinin sürməsi ABŞ-ın Yaxın Şərqdəki siyasətini sarsıdır.

Görünür, dövlət katibi Maykl Pompeo və Pentaqon başçısı Ceyms Mettisin Kapityoliya təpələrində keçirilən qapalı brifinqi ABŞ senatorları üçün çox da inandırıcı görünməyib. Onlar Tramp administrasiyası təmsilçilərini dinləyib Yəmən üzrə bir neçə ildən çox sürən silahlı münaqişəyə ABŞ-ın qatılmasını qadağan edən qətnaməyə səs veriblər. Respublikaçı senator Mayk Li ər-Riyadın siyasətini şərh edərək bildirib: “Bu bizim dəstəyimizə və yaxud onun adından hərbi müdaxiləyə layiq müttəfiq deyil”.

Bir neçə senator brifinqdən sonra jurnalıistlər qarşısında çıxış edərkən bəyan edib ki, administrasiyanın Səudiyyə Ərəbistanı və Yəməndəki siyasəti haqda mövqeyinin yumşaqlığından məmnun deyillər. Onlar həmçinin Xaşuqçinin  ölümünə görə varis şahzadə Muhəmməd bin Salmanın məsuliyyətə cəlb edilməsinə çağırıblar.

Məhz jurnalsitin qəddarcasına həlakı Qərb ölkələrini ər-Riyada və onunla silah ticarətinə münasibətdə öz siyasətlərinə yenidən baxmağa məcbur edib.

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) dolayı sübutlar təqdim edib ki, hakim Səud evinin jurnalistin İstanbulda baş vermiş qətlində əli var. Ehtimal ki, Cina Haspelin – Lenqlidəki idarənin başçısının Senatdakı brifinqə qatılması gözlənilirdi. Amma son anda məlum olub ki, o, toplantıya gəlməyəcək.

Nəticələri çox yarıtmaz brifinqimiz oldu, – Senatın xarici məsələlər üzrə Komitəsinə başçılıq edən Bob Korker bildirib. – Varis şahzadənin bu qətlə cəlb edilmiş olub-olmadığına gəlincə, mən hesab edirəm ki, olub. Hesab edirəm ki, əmri o verib. Məndə dəlillər yoxdur, amma bilirəm ki, bu əməliyyata o, sorumlu olub”.

Məlum olduğu kimi, sübutlardan biri Xaşuqciyə divan tutulımasının səsyazısı və qatillərin yazıya alınmış zəngləridir.

Müşahidəçilər Səudiyyə kral ailəsinin cinayətdəki rolunu necə dəyərləndirmək haqda ABŞ prezidenti və Amerika kəşfiyyat idarələri arasında ixtilafın özünü çoxdan dövlətm başçısı və güc qurumları arasındakı ziddiyyətlərə sübut kimi şərh etməyə başlayıblar. Haspelin Kapitoliyaya gəlməkdən imtinası bundan danışmağa əlavə bəhanəyə çevrilib. Lakin Amerikanın ekspert mühitində tələsik nəticələrdən çəkindiriblər.

“Hudson Institute”-dakı hərbi-siyasi analiz Mərkəzinin direktoru Riçard Vayts “NG” ilə söhbətdə bildirib ki, Haspelin senatorlar üçün qapalı brifinqdə yoxluğu xəbər verir ki, o, yalnız, sadəcə, “prezidentin qanunvericilərlə görüşə gəlməmək göstərişinə dəqiq əməl edir”. Analitik bununla yanaşı istisna etmir ki, Lenqlidəki idarə daxilində Trampa qarşı müxalifət var ola bilər. Vayts deyib: “Amma zahirən gördüklərimizin hamısı Konqresin administrasiyanın siyasətinə hücumlarıdır”.

Yəqin ki, prezident Tramp üçün ən yaxşı variant Səudiyyə ərəbistanıyla ikitərəfli münasibətlərin idarələrarası tam icmalını aparmaq sərəncamı vermək və Konqresdə konsultasiya aparmaq üsulu tapmaqdır, – ABŞ Dövlət Departamentinin Suriyada siyasi keçid üzrə keçmiş özəl təmsilçisi Frederik Hof “NG”-yə deyib. – Bundan azını etmək dövlət katibi Mayk Pompeonun verdiyi bəyanata oxşar bəyanat vermək və bununla da özünə düzəlməz ziyan vurmaqdır. Amerika rezidentinin qətli gəlin, həmişəki kimi biznes aparaq”dansa tamamilə başqa cavab tələb edir. Siyasətin tam icmalı zaman tələb edir”.

Hof diqqət yetirir ki, Amerika diplomatiyasının şefi Senatdakı qapalı brifinqin həsr edildiyi bəyanatında İranı xatırladıb. “Bu problemə (İranın siyasətinə-“NG”) qarşı durmaqda ər-Riyadın gerçəkdən yardım edib-etmədiyi, yaxud onu yalnız ağırlaşdırdığı haqda qanuni suallar var, – Dövlət Departamentinin keçmiş yüksəkməqamlı təmsilçisi bildirib. – Krallıq Yəməndə fəlakətə səbəb olub. Suriyada əsil inqilabı sarsıtmaq hesabına faktiki olaraq İranın əlaltısına – Əsədə yardım edərək təriqətçi oyunçuları dəstəkləyib. Amerikanın xarici siyasətinə Səudiyyə “dəstəyi”nin bütün bu timsalları nəzərə alınmaqla ikitərəfli münasibətlərin hərtərəfli icmalı vacibdən də vacibdir. Amma, görünür,  Tramp administrasiyası bu yolla getmək istəmir. Konqresdə və başqa idarələrdə çoxları təəccüblənirlər – niyə?”

Ekspert işarə edir ki, Səudiyyə jurnalistinin qətli ətrafındakı qalmaqal bölgədə İran ekspansiyasına qarşı durmaq səylərini sarsıdır. “ər-Riyadın Yəmən və Suriya kimi yerlərdə etdiyi strateji səhvlərin dərəcəsi Amerika siyasətinin hədəflərinə ziyan vurur, – Hof qeyd edir. – Bu səhvlər son nəticədə İrana yardım edir”.

Keçmiş diplomat qeyd edir – Xaşuqcinin qətlə yetirilməsi İranın ər-Riyada qarşı yönəlmiş təbliğatına qarşı durmaqda Səudiyyə rəhbərliyinin çoxillik səylərini məhv etdi.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam