Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tramp Ər-Riyadın Camalla bağlı mövqeyini dəstəklədi

    

Tramp Ər-Riyadın Camalla bağlı mövqeyini dəstəklədi
“Camal Kaşoqinin öldürüldüyünün açıqlanması Ər-Riyad hökumətinin böyük addımıdır”.
 Yenixeber.org: Bunu ABŞ prezidenti Donald Tramp deyib. 

Tramp qeyd edib ki, Səudiyyə Ərəbistanının Camalla bağlı açıqlaması “etibarlıdır”: “Məsələ barədə araşdırmanı ABŞ Konqresi ilə davam etdirəcəyik. Ər-Riyad hökumətinin açıqlaması böyük bir addımdır. Amma bizim araşdırmamız bitməyib. Hazırda nəticə əldə etmək üçün çox tezdir”. 

ABŞ prezidenti vurğulayıb ki, məsələ ilə bağlı səudiyyəlilərə suallar ünvanlanacaq: “Şahzadə Salmanla görüşdükdən sonra qərarımızı verəcəyik. Bundan başqa Ər-Riyad hökumətinin Kaşoqinin ölümü ilə bağlı aparacağı həbslər də çox önəmlidir”. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, orada bir neçə nəfər arasında münaqişə yaranıb və dava jurnalistin ölümünə səbəb olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam