Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ordu böyük hücuma hazırlaşır: 3 ildir gizli saxlanılan PLAN İŞƏ DÜŞDÜ

Ordu böyük hücuma hazırlaşır: 3 ildir gizli saxlanılan PLAN İŞƏ DÜŞDÜ

Türkiyə ordusu Suriyada Fərat çayının şərqində yerləşən Zor Mağar bölgəsində PKK/PYD terrorçularının mövqelərini bombalayıb. Dünən həyata keçirilən hücum prezident Rəcəb Tayyip Ərdoğanın mesajını verdiyi “Fəratın şərqində əməliyyat başlayır” məsələsini gündəmə gətirib.

Yenixeber.org: T
ürkiyəli yazar Mehmet Acet Fəratın şərqinə hücumun edilməsinin Türkiyə, Fransa, Almaniya və Rusiya liderlərinin İstanbulda Suriya zirvəsini keçirməsinin ardınca həyata keçirilməsinin diqqət çəkdiyini yazıb: “Ən diqqət çəkən məqamlardan biri isə Ərdoğanın son günlər tez-tez danışdığı və İstanbul zirvəsində də təkrar etdiyi “Fəratın şərqinə əməliyyat” açıqlamasının ardınca bu hücumun edilməsidir. Bu mesajların mahiyyəti hücumun dünən edildiyi top atışları ilə yekunlaşmayacağı ehtimalını gücləndirir. Ankara kulislərində bəhs edilir ki, Ərdoğan Trampla telefon danışığında, həmçinin, ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdə “Siz bir şey etməyəcəksinizsə, imkan verin, biz lazım olanı edək” deyib. Türkiyənin Fəratın şərqini PKK/PYD/YPG terrorçularını qısa müddətdə təmizləmək potensialının olduğunu hər kəs bilir. Lakin problem belə bir əməliyyata ABŞ-ın mane olmasıdır. ABŞ bu terrorçuları müdafiə etdiyi müddətdə Vaşinqtonun Türkiyənin əməliyyata başlaması ilə razılaşmayacağı məlumdur”.


Lakin M. Acet xatırladır ki, Türkiyə daha əvvəl ABŞ-ın etirazlarına rəğmən, Fəratın şərqində əməliyyat həyata keçirmişdi.

“2017-ci ilin 23 aprelində gecə saatlarında 40-dan çox F-16 təyyarəsinin qatıldığı Karakoç əməliyyatı buna nümunədir. Həmin vaxt Suriyanın şimal-şərqindəki ən ucqar bölgə olan və PKK-nın İraqdan Suriyaya əsas keçid nöqtəsini təşkil edən Karakoç türk təyyarələri tərəfindən bombalandı və terrorçular böyük itki verdi. Bu baxımdan, Türkiyənin ABŞ-ın etirazına baxmayaraq, Fəratın şərqində əməliyyat keçirə biləcəyi gözləniləndir və ilk vurulacaq yer Tel Abyad bölgəsi ola bilər. Bu bölgənin əhalisi 2015-ci ilə qədər əsasən ərəblərdən ibarət idi. Türkiyədə 2015-ci ilin 7 iyun seçkilərindən dərhal sonra PKK Tel Abyadı ələ keçirdi və bölgənin əhalisi xilas olmaq üçün Türkiyəyə qaçdı. Məlumatlara görə, son 3 ildə Ankarada Tel Abyada hücum fikirləri gündəmə gəlir, lakin ABŞ-ın təzyiqlərinə görə məsələ təxirə salınır. Lakin bu planın daim gündəmdə saxlanıldığı da məlumdur. Tel Abyadın strateji əhəmiyyəti də diqqət çəkir. 2015-ci ildə PKK/PYD\YPG buranı ələ keçirməklə Şimali Suriyadakı kontonlarını da birləşdirmişdi. Bu baxımdan, Tel Abyada hücumun edilməsi PKK-nın kanton planlarının tam ürəyinə endirilmiş xəncər olacaq”, - deyə türkiyəli yazar vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam