Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan XİN-dən Xaçaturovun çıxışına tutarlı cavab

Azərbaycan XİN-dən Xaçaturovun çıxışına tutarlı cavab

“Kollektiv Təhlükəsizlik üzrə müqavilə Təşkilatının (KTMT) baş katibinin vəzifə səlahiyyətindən sui-istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlama ilə çıxış etməsi təşkilatın mandatından kənar xarakter daşıyır. Ermənistan vətəndaşlığını daşıyan baş katibin açıqlaması subyektiv və qərəzlidir və Ermənistan istisna olmaqla, üzv dövlətlərin münaqişə ilə bağlı mövqeyi ilə ziddiyyət təşkil edir”
Yenixeber.org: Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində bildirilir ki, təşkilatın baş katibi Ermənistan silahlı qüvvələri tərəfindən iki ölkənin sərhədi boyunca Azərbaycan ərazilərinin, o cümlədən mülki insanlar və obyektlərin müxtəlif silahlardan davamlı olaraq atəşə tutulması faktının üzərindən sükutla keçir:

“Hərbi ritorikadan danışan baş katibə Ermənistan baş nazirinin vəziyyətin gərginləşməsinə və danışıqlar prosesinin pozulmasına xidmət edən cəfəng və ziddiyyətli açıqlamaları ilə tanış olmağı tövsiyə edirikqoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginliyin yaranmasının səbəbi Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur.

Baş katibə xatırlatmaq istərdik ki, KTMT-nin beynəlxalq hüquqi əsasını təşkil edən və 10 dekabr 2010-cu ildə yeniləşdirilmiş Kollektiv Təhlükəsizliyə dair Müqavilənin 1-ci bəndinə uyğun olaraq, “iştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək barədə öhdəliklərini bir daha təsdiq ediblər. Üzv dövlət olan Ermənistanın Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və işğalçılıq siyasəti KTMT-nin əsasını təşkil edən hüquqi sənədlərlə belə ziddiyyət təşkil edir.

KTMT-nin Baş katibi həqiqətən gərginliyin aradan qaldırılmasında maraqlıdırsa, onda üzv dövlət olan Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməsi faydalı olardı”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam