Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan İrəvana nəzarəti ələ aldı– TragiKOMİK "mer"

    

Paşinyan İrəvana nəzarəti ələ aldı – TragiKOMİK "mer"
Dünən İrəvanın Ağsaqqallar Şurasına keçirilən növbədənkənar seçkilər başa çatıb. Ermənistan Mərkəzi Seçki Komissiyaisının sədri Laura Qalstyan bildirib ki, 475 seçki məntəqəsi üzrə səslərin hamısı hesablanıb və 81,06% səslə (294109 nəfər) baş naziri Nikol Paşinyanın dəstəklədiyi namizəd – “Mənim addımım” blokunun üzvü, komediya aktyoru Ayk Marutyan qalib gələrək İrəvanın meri seçilib.
 Yenixeber.org: Mer seçkilərində ikinci yerdə 6,95% səslə “Çiçəklənən Ermənistan” partiyasının namizədi Naira Zohrabyan, üçüncü yerdə isə 4,99% səslə “İşıq” alyansının namizədi qərarlaşıb. 

“İşıq” alyansı seçkilərdə İrəavan Ağsaqqallar Şurasına daxil olmaq üçün zərurui olan baryeri keçə bilməsə də (siyasi bloklar 8%, partiyalar isə 6% səs qazanmalıdırlar), qanunvericiliyə uyğun olaraq İrəvanın idarəedilməsində minimum 3 siyasi qüvvə iştirtak etməli olduğundan, “İşıq” alyansı da nümayəndəli orqanda təmsil olunacaq. Ümumilikdə isə, İrəvanın meri seçilmək uğrunda 12 siyasi partiya və blok mübarizə aparıb. 

Ermənistan MSK-nın məlumatına əsasən, İrəvan meri seçkilərində seçici aktivliyi çox zəif olub – qeydiyyatda olanların cəmi 43,65 faizi (370323 nəfər) səsvermədə iştirak edib. Səsvermə zamanı bir sıra pozuntular qeydə alındığından, bülletenlərin bəzisi etibarsız sayılıb. Səsvermənin yekun rəsmi nəticəsi 30 sentyabrda elan olunacaq. Marutyan isə 10 oktyabrda vəzifə səlahiyyətlərinin icrasına başlayaraq İrəvanı idarə edəcək. 

Qeyd edək ki, İrəvandakı mer seçkilərdə kütləvi qanun pozuntuları qeydə alınıb. Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti 140-a yaxın siqnalın daxil olduğunu bildirib. İrəvan Polisi isə günorta saatlarınadək jurnalistlərin fəaliyyətlərinə maneə yaradıldığını, bir nəfərin iki və daha çox şəxsin yerinə səs verməsi və digər pozuntuların qeydə alındığını deyib. 

İrəvanın idarəçiliyi uğrunda aparılan mübarizədə Paşinyanın "komik" Ayk Marutyana açıq dəstək göstərməsi çoxlarında qıcıq yaradıb. Digər namizədlər baş nazirin tərəf tutmağını qanunsuz adlandıraraq, seçkini saxtalaşdırmaq üçün Paşinyanın bütün imkanlara malik oldğunu deyiblər. Bəzi erməni politoloqlar isə bunu təbii hesab edirlər. Onların fikrincə, komediyaçı Marutyanın nə siyasətdən, nə də idarəçilikdən başı çıxır. Paşinyan onu favorit etməklə mer postuna gətirib ki, gələcəkdə “öz adamını” manipulyasiya etmək asan olsun və İrəvanın idarəçiliyini öz əlində saxlasın. 

Burada həmçinin, Paşinyanın biznes maraqlarının olduğu da istisna edilmir. Erməni KİV-rləri onu da yazır ki, Paşinyan yeni seçilən mer vasitəsilə məğlub olan Qaqik Çarukyanın paytaxtdakı qanunsuz biznes fəaliyyətlərinə mane olmağa çalışsa, onu ciddi risklər gözləyir. Çünki inqilab zamanı və ondan sonra Paşinyanı dəstəkləməsinə baxmayaraq, Serj Sarkisyanla yaxınlaşan Çarukyan bütün maliyyə və nüfuz imkanlarından istifadə etməklə baş nazirin bir nömrəli kabusuna çevrilə bilər ki, bunun nəticəsi özünü parlamentdə də göstərəcək. Odur ki, Paşinyan İrəvanla bağlı planlarında bütün tərəflərin marağını nəzərə almağa məcburdur. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam