Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Putin, Ruhani və Əsəd Ərdoğanın qarşısında niyə GERİ ÇƏKİLDİ? -Soçi razılaşmasının PƏRDƏARXASI

 

Putin, Ruhani və Əsəd Ərdoğanın qarşısında niyə GERİ ÇƏKİLDİ? - Soçi razılaşmasının PƏRDƏARXASI

Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə İdlib razılığı regiondakı mənzərəni dəyişdi. Bütün dünyanın müharibə gözlədiyi şəhərdə sülh əldə olundu, Əsəd və müxaliflər arasında təhlükəsizlik zonası yaradıldı. Maraqlıdır ki, İdlibə hücuma hazırlaşan Əsəd niyə razılaşmaya boyun əydi? O da maraqlıdır ki, İran İdlib razılaşmasında yer almadı.

Yenixeber.org: Türkiyəli yazar Mehmet Acet İdlib razılaşmasının pərdəarxasında baş verənləri ortaya çıxarıb.


Türkiyəli yazar qeyd edir ki, Əsəd rejimi bu razılaşmanı məmnuniyyətlə qarşıladığını açıqladı.

Hərçənd, bu açıqlamanı “Qızıl teştə qan qusmaq” kimi oxumaq lazımdır. Çünki bu razılaşmanın ilk itirəni Əsəd rejimi oldu. Ruslar Ərdoğanla razılaşmaq məcburiyyətində qaldılar. Çünki İdlibdə Türkiyənin nəzarətində Milli Qurtuluş Cəbhəsi adı altında toplanan 60 min döyüşçü var. Əsədin bu ordu ilə döyüşmək gücü yoxdur.

Razılaşmada sürpriz olan İranın İdlib məsələsinə qarışmamasıdır. Burada iki səbəb var: birincisi, İran daxildə ciddi problemlərlə məşğuldur. Noyabr ayında ABŞ neft də daxil olmaqla geniş çaplı sanksiya tətbiq edəcək. İkincisi, İran sanksiyaların tətbiq ediləcəyi ərəfədə Türkiyə ilə qarşıdurma istəmir. Çünki sanksiyalar məsələsində Türkiyənin ona dəstək verməsini istəyir.

Putinin Ərdoğanın şərtləri ilə razılaşmasının səbəbi isə İdlibdə başlana biləcək döyüşlərin Hələbə, Hamaya və Suriyanın digər ərazilərinə də keçməsi ehtimalı idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam