Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ərazilərimizin bir hissəsi işğal altında qalınca…”

 

Ukr-ABS-GUAM

“GUAM ölkələri ərazilərinin işğal altında olmasından əziyyət çəkir. Bu hallar ona görə baş verir ki, dövlətlərimizin bir hissəsi işğal altındadır. Bu üzdən də münaqişələrin sülh yolu ilə həll variantlarını axtarmaq lazımdır”.

  "Xeberinfo.com": Bunu APA-ya açıqlamasında GUAM-ın baş katibi Valeri Çeçelaşvili son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verənləri şərh edərkən deyib:

“Təəssüf ki, bu, təkcə Ermənistan-Azərbaycan münaqişəsinə aid deyil. Oxşar durum bənzər münaqişələrdə də müşahidə olunur. Fundamental problem həll olunmayınca, ərazilərimizin bir hissəsi işğal altında qalınca və orada digər dövlətlərin qoşunları qeyri-qanuni yerləşdikcə, bu cür münaqişələr baş verəcək və onlar həll etmək çətin olacaq”.

V. Çeçelaşvili həmçinin qeyd edib ki, GUAM məkanında mövcud münaqişələr arasında oxşar cəhətlər çox olsa da, hər bir münaqişənin öz tarixi və nizamlanma formatı var.

“GUAM Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan proses, Gürcüstandakı münaqişələr üzrə Cenevrə danışıqları və Dnestryanı münaqişə üzrə “5+2” kimi formatlarda iştirak etmir. Münaqişələrin sülh yolu ilə nizamlanması prinsipinə əsaslanan ardıcıl mövqeyimiz var. Bu mövqe dövlət başçılarının 23 may 2006-cı il tarixli bəyanatına əsaslanır və BMT Baş Assambleyasında irəli sürdüyümüz birgə qətnamə layihəsində yer alıb. Ardıcıl, yaxşı işlənib hazırlanmış və prinsipial mövqemiz var”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam