Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

"Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq lazımdır"

"Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq lazımdır. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında da qeyd edib ki, biz münaqişənin sülh yolu ilə həll olunmasında maraqlıyıq. Lakin münaqişə həllini tapmazsa, biz öz torpaqlarımızı azad etmək üçün gücdən istifadə etmək məcburiyyətindəyik".

Xeberinfo.com:   Bunu Rusiyanın "Dojd" telekanalının efirində çıxışı zamanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbülğlu Dağlıq Qarabağ bölgəsində gərginliyin artmasına münasibət bildirərkən deyib.

Səfir bildirib ki, ölkənin 20%-dən artıq ərazisi işğal altındadır: "Hansı ölkə, xalq bununla razılaşar?! Münaqişənin həlli üçün ilk növbədə onun səbəbini aradan qaldırmaq lazımdır. Səbəb isə Ermənistan tərəfindən Azərbaycan ərazisinin işğal olunmasıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində, o cümlədən başqa beynəlxalq təşkilatların onlarla sənədində birmənalı olaraq qeyd edilib ki, Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazisini tərk etməlidirlər. Həqiqətin gözünə baxmaq lazımdır! Azərbaycan tərəfi illərdir Ermənistana Dağlıq Qarabağın beş rayonunun azad olunmasını, ardınca dinc yolla danışıqların aparılmasını təlkif edir. Heç kim Dağlıq Qarabağda yaşayan erməniləri oradan didərgin etmək niyyətində deyil. Lakin orada azərbaycanlılar yaşayıb. Mən özüm Qarabağdanam. Söhbət ondan gedir ki, azərbaycanlılar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bundan sonra hər iki icma ortaq dil tapmalı, birgə yaşamağı bacarmalıdır. O ki qaldı gərginliyin artmasına, işğalçı qüvvələr Azərbaycan torpaqlarında olduğu müddətdə bu cür hallar baş verəcək və bunu kimsə gizlətmir. Ölkə başçısı səviyyəsində də bu dəfələrlə səsləndirilib, xarici işlər nazirimiz də bunu deyib, bir səfir kimi mən də demişəm. Lakin bizi eşitmirlərsə, bu cür hallar baş verəcək. Münaqişə həll olunmalıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam