Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Özbəkistanın yenidən GUAM-a üzv olmaq ehtimalı var

 

    “GUAM postsovet məkanında yeganə unikal təşkilatdır. Ona görə də hesab edirəm ki, Özbəkistan yenidən bu təşkilata üzv ola bilər”

      "Xeberinfo.com: Trend xəbər verir ki, bunu Özbəkistanın “Bilik Karvanı” Araşdırmalar Mərkəzinin direktoru Farxod Tolipov Bakıda “Azərbaycan – Mərkəzi Asiya əlaqələri: inkişaf, əməkdaşlıq və ortaq çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

      O, xatırladıb ki, Özbəkistan vaxtilə Azərbaycanla birgə GUAM-ın üzvü olub: “Hesab edirəm ki, Özbəkistan bu təşkilatdan çıxsa da, GUAM üçün əhəmiyyətli platforma olaraq qalır”.

      GUAM-ın geostrateji baxımdan böyük əhəmiyyətə malik olduğunu deyən F.Tolipov qeyd edib ki, o, postsovet məkanında yeganə təşkilatdır ki, Rusiya onun üzvü deyil və adında demokratiya sözünü ehtiva edir.

      O, həmçinin bildirib ki, hazırda Rusiya Daşkənd-Bakı-Tbilisi-Kiyev oxunun yaranmasından narahatdır. Yaxın gələcəkdə Astananın da bura daxil olması ehtimalı var: “Sözügedən ox Qərb tərəfindən dəstəklənə bilər. Əks halda burada Rusiyanın rolu yenidən daha da artacaq. Fikrimcə, regionda yeni təhlükəsizlik sisteminin yaranması uyğun strategiya ola bilər”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam