Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Əslində kim azad edilməlidir?


 


Son zamanlar bir meyl çox aşkar görünür: Azərbaycan hakimiyyətinə xaricdən təzyiq etmək istəyəndə dərhal daxildəki `kalon`larını hərəkətə gətrirlər. 9 noyabr Bayraq Günündə keçirilən mitinq də belə hərəkətlərdən biri idi. 


    "Xeberinfo.com": Mitinqdə “siyasi məhbus”lara azadlıq, mətbuata “təzyiqlərə” son qoyulması kimi şüarlar səsləndirildi. Çıxış edənlər tez-tez dedilər ki, “bizdə 100 siyasi məhbus var”. Cənablar, bizdə 100 siyasətçi varmı ki, 100 siyasi məhbus da olsun? Azərbaycanda siyasi məhbus yoxdur! Başqalarına maşa olan məhbuslar var! Düşmənə çalışan, Vətənə xəyanət edənlər var. Onlar üçünsə məhbəs çox yaxşı yerdir. Onların tərəfdarları məncə, minnətdarlıq mitinqi keçirməlidirlər kumirləri dinc və təhlükəsiz yerdə saxlanıldığına görə. Çünki azadlıqda qalsalar, bu cür açıq xəyanətə gedənləri cəmiyyətin özü linç edə bilər... 

Bu gün iki vətəndaşımız erməni girovluğundadır - Dilqəm Əhmədov və Şahbaz Quliyev. Müxalifətin 9 noyabr və öncəki mitinqlərdə bu iki vətəndaşımıza azadlıq tələb etməyə hünəri çatmadı. Leyla Yunusun azadlığı sizə Dilqəm və Şahbaz-ın Vətənə qayıtmasından dahamı vacibdir?!

Hər gün müxalifət qəzetlərində "Vicdan məhbuslarına azadlıq" adı altında Leyla Yunusun şəkilini verə bilirlər, Şahbaz və Dilqəmin şəkillərini yox?! Xaricdən gələn tələblər və əmrlərlə addım atdıqları üçün bunu bacarmırlar. Çünki 2 girovumuzun azadlığına Amerika və Qərb biganə yanaşır. Onları bu iki vətəndaşımızın ermənilərin girovluğundan azad edilməsi yox, Azərbaycanda xaos və qarışıqlıq yaratmaq maraqlandırır. Ona görə də, biz hakimiyyətlə yox, torpaqlarımızın 20 faizini işğal edən Ermənistana qarşı savaşmalıyıq. 

Müxalifət hakimiyyətə xaricdən gələn təzyiqlərə sevinir. Və bunun üstündə təbliğat qurur. Halbuki, bu, normal vətəndaş və insan mövqeyi deyil. Axı onsuz da dövlətimiz bu cılız oyunlara baxmayaraq, inkşaf etməkdədir. Çünki güclüdür. Bu gücü də xalqdan alır.

 

 

Seymur Süleymanov


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam