Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezidentin Türkiyə səfəri nəyi dəyişəcək?

 

Qabil Hüseynli : «Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənməkdədir və hər iki tərəf Azərbaycanda silahqayırma, yeni silahların birgə istehsalı məsələsində də ümumi razılığa gəliblər»

«Ola bilər ki, bu əməkdaşlıqlar çərçivəsində tezliklə vertalyot istehsalı da reallaşsın»
"Xeberinfo.com":  Məlumata görə, bu sözləri politoloq Qabil Hüseynli prezident İlham Əliyevin Türkiyəyə səfərini şərh edərkən bildirib:
"İlham Əliyevin Türkiyəyə səfərini yüksək qiymətləndirirəm. Konstruktiv səviyyədə aparılan danışıq iki ölkə arasındakı dosltuğu, qardaşlığı və strateji əməkdaşlığın daha da möhkəmlənməsinə yol açır. Türkiyənin 24 aprel-istiqlal savaşının 100 illiyinin İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı qeyd edilməsi onu göstərir ki, Türkiyə tərəfi Azərbaycanla dostluğa nə dərəcədə böyük əhəmiyyət verir. 
Güman edirəm ki, bu səfərdə Dağlıq Qarabağ münaqişəsi və iki ölkə arasındakıi iqtisadi məsələlərin müzakirəsi durur. Məsələn, bu gün Azərbaycanla Türkiyə arasındakı  ticarət dövriyyəsinin məbləği 5 milyard dollar təşkil edir. 2023-cü ilə qədər bu məbləği 15 milyard dollara çatdırmaq haqqında hər iki tərəf öhdəlik götürüb. Azərbaycan Türkiyə iqtisadiyyatına böyük miqdarda sərmayə qoyaraq İzmirdə neftayırma zavodu tikdirir. Eyni zamanda, Türkiyənin ən böyük müəssisələrindən biri olan Petrol-Kimya Sənayəsi adlanan müəssisələr birliyinin sərmayədar və səhmdarlarından biridir. Azərbaycan bu sahəyə də böyük sərmayələr yatırıb. 
Bütün bunlar göstərir ki, Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənməkdədir və hər iki tərəf Azərbaycanda silahqayırma, yeni silahların birgə istehsalı məsələsində də ümumi razılığa gəliblər. Bu isə Azərbaycanda müdafiə sənayesi nazirliyinin imkanlarını daha da artırmağa, Azərbaycanın özünün istehsal etdiyi silahlarla təmin olunmasına imkan verəcək. 
Ola bilər ki, bu əməkdaşlıqlar çərçivəsində tezliklə vertalyot istehsalı da reallaşsın. Bir sözlə, səfər zamanı iqtisadi və siyasi sahələrdə əhəmiyyətli muqavilələr imzalanıb. Bu müqavilələrin həyata keçirilməsi iki qardaş ölkə arasındakı münasibətləri daha da möhkəmləndirəcək".
PİA.AZ

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam