Yenixeber.org: Buna qarşılıq olaraq Fələstin hökuməti də Paraqvayın paytaxtı Asuncionda səfirlik açacaq.

Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki Paraqvayın səfirliyi Qüdsdən Tel-Əvivə köçürməsini müsbət hal olaraq qiymətləndirərək həmin ölkədə özlərinin də nümayəndəlik açacaqlarını qeyd edib. 

İsrail isə bu durumda Paraqvaydakı səfirliyin bağlanacağını və səfirin İsrailə çağırılacağını vurğulayıb.

Qeyd edək ki, Paraqvay ABŞ və Qvatemaladan sonra səfirliyini Qüdsə daşımış növbəti ölkə idi və buranın açılışına İsrail baş naziri Benyamin Netanyahu da gəlmişdi.