Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ciddi addımlar atılmasa Qarabağda müharibə başlaya bilər”

 

“Prosesə ATƏT-in Minsk qrupunun həmsədrləri də  qoşulub. Doğrudur, həmsədrlər daha çox qoşunların təmas xəttində atəşkəsin pozulması ilə bağlı məsələləri qabartmağa çalışır. Amma nəzərə alsaq ki, prosesin içərisində Rusiya, Rusiya-Azərbaycan münasibətləri  də var”. 

"Xeberinfo.com":   Məlumata görə, bu fikirləri Azadinform-a açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin payızda baş tutacaq mümkün görüşünü şərh edən politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin  həlli ilə bağlı bir neçə dəfə bəyanat verib. Dağlıq Qarabağ ətrafındakı rayonların taleyinin həll edilməsi məsələsini qabardıb: “Bu nöqteyi-nəzərdən hər şey  gözləmək mümkündür. Əgər  Rusiya prosesləri irəlilətmək istəyirsə, 7 rayonunun taleyinin həlli məsələsi, problemin mərhələli həlli gündəmə gələ bilər”. 

Politoloq hesab edir ki, 7 rayonun  bir  dəfəlik olmasa da, hissə-hissə Azərbaycana qaytarılması məsələsi reallaşa bilər: “Mənim fikrimcə, bu münaqişənin həllində önəmli bir məsafənin qət edilməsi olardı”. 

Artıq Ermənistan-Azərbaycan münasibətləri o səviyyəyə çatıb ki, ciddi  addımlar atılmasa müharibəyə gətirib  çıxara bilər- deyən Q. Hüseynli əlavə edib ki, ona görə də prezidentlərin görüşündən mütləq nəticə gözləyir: “Ermənistan tərəfi əvvəlki kimi qeyri-konstruktiv mövqe nümayiş etdirə, məsələləri dalana dirənən istiqamətə apara bilməyəcək. Hər halda görüş olacaqsa, bu müsbət hadisədir. Bundan müsbət nəticə gözləməyə bizim haqqımız var”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam