İngiltərənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi təmsilçisi Karen Payers amerikalı rahib Endryu Bransonun Türkiyədə həbsi və ABŞ-ın buna görə Türkiyəyə maliyyə sanskiyası tətbiq etməsi ilə bağlı açıqlama verib.
Yenixeber.org: K.Payers Türkiyədə müasir demokratiyanın hökm sürdüyünü və hüququn üstünlüyünə, hüquq qaydalarına əməl edəcəyini bildirib.
“Foks Nyus” televiziyasına danışan təmsilçi həm Türkiyə, həm də ABŞ-ın NATO-dakı müttəfiqləri olduğuna diqqət çəkib: “Hər ikisi ilə də münasibətlərimizə dəyər veririk. Onlar keçmişdə bir-birilərinə son dərəcə yaxın idilər. Bu, iki ölkənin öz aralarında həll edəcəyi özəl mövzudur. Con Bolton (Ağ Evin milli təhlükəsizlik məsləhətçisi) ilə Türkiyə səfirinin görüşməsindən xəbərim yoxdur, amma məncə, bu, irəliyə doğru bir addımdır. Rahibin azadlığa buraxılması bəlkə də iki ölkə arasındakı böhranı yumşalda bilər. Hazırda münasibətlərdə başqa problemlərin də olduğunu bilirəm. Lakin Türkiyə demokratik ölkədir. Keçmişdə həbslər və müstəqil məhkəmə ilə bağlı çağırışlar etmişdik. Türkiyə ilə bəzi ədliyyə mövzularında ortaq işləməyimiz lazım olduğunu düşünürəm”.(publika)