Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) prezidenti Firuz Bağlıqaya Türkiyə lirəsinin ABŞ dolları qarşısında dəyərdən düşməsi ilə bağlı açıqlamalar verib
Yenixeber.org: Prezident bu il Türkiyəyə təkcə turizm sektorunun 32 milyard dollar gəlir gətirəcəyini açıqlayıb.
Cari büdcə kəsrinə ən çox fayda verən sektorlardan biri olan turizm bu il Türkiyə iqtisadiyyatından gələn gəlirin 50%-ni təşkil edəcək. Birliyin prezidenti qeyd edib ki, hər hansı maneə olmazsa, bu il Türkiyəni 40 milyon turist ziyarət edəcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp amerikalı rahib Endryu Bransonun Türkiyədə həbsdə saxlanılmasına görə bu ölkəyə maliyyə sanksiyaları tətbiq edib və bundan sonra TL dollar qarşısında rekord səviyyədə dəyərini itirib.(publika)