Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

“Milli Şura heç bir partiyaya xüsusi dəvət göndərməyəcək”

 

Fuad-Qehremanli 1

     Müxalif Milli Şura noyabrın 10-da Bakıda mitinq keçirəcək. Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən məktubda aksiyanın metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı stadionda saat 15-dən 17-dək keçiriləcəyi bəyan olunub.

    "Xeberinfoşcom": Mitinqdə siyasi məhbus məsələsinin, insan haqları və sosial durumla bağlı problemlərin gündəmə gətiriləcəyi bildirilir.

Noyabrın 3-də Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Media forum” saytının suallarını cavablandırıb.

- Mitinq hazırlıqları necə gedir?

- Hazırlıqlar davam edir. Xalq Cəbhəsinin yerli təşkilatları vətəndaşların mitinqə cəlb olunması istiqamətində fəaliyyət göstərir. Sosial şəbəkələrdə məlumatlandırma işləri aparılır. Çağırış vərəqələrinin paylanması nəzərdə tutulur. Mitinqə texniki hazırlıq da yekunlaşmaq üzrədir. İnanırıq ki, mitinq möhtəşəm keçəcək.

- Milli Şuraya daxil olmayan partiyalar mitinqə dəvət olunacaqlar?

- Milli Şura heç bir partiyaya xüsusi dəvət göndərməyəcək. Repressiyaların əleyhinə olan hər bir şəxs mitinqə gələ bilər.

- Bakı Şəhər İcra Hakimiyyətinə təşkilatçı kimi kimlərin imzası ilə müraciət olunub?

- Bakı Şəhər İcra Hakimiyyətinə mən, hüquqşünas Namizəd Səfərov və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev müraciət etmişik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam